Axund vəzifəsinin ləğvi uğurlu addımdır
20:22 14.09.2017
Arxiv
1022
Məscidlərin daxilində imam və xətiblərə ehtiyac var
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının dünənki iclasında Azərbaycan məscidlərində axund vəzifəsinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Qərara əsasən, məscidlərdə vahid idarəçilik sisteminə keçilir və bütün məscidləri idarə edənlər imam statusu alacaqlar.
Bu barədə QMİ sədri Allahşükür Paşazadə bildirib: "Axund vəzifəsi tədricən yığışdırılacaq və vahid idarəçilik sisteminə keçiləcək”.
Yeni qərar barədə "Şərq”ə açıqlama verən ilahiyyatçı Hacı Atif İsmayılov bildirib ki, axund vəzifəsinin ləğvi artıq Azərbaycanda dinin inkişafında atılan uğurlu bir addımdır:
"Düşünürəm ki, bu gün QMİ axund yerinə imam statusunu təyin edirsə, məqsəd savadlı kadrların imam adı altında yerləşdirilməsidir. Düzdür, məscidlərimizin bir çoxlarında axundların keçmişdən indiyə qədər zəhməti olub, amma həqiqətən də məscidlərin daxilində imam və xətiblərə ehtiyac var. İmam və xətiblərin də hər hansı bir dini mədrəsənin təhsilini almış olması daha yaxşıdır. Çünki Azərbaycan cəmiyyəti arasında belə bir fikir formalaşıb, yəni axund sıravi bir insan yanında təhsil almış şəxsdirsə, bu, ictimaiyyətdə insanlar arasında yaxşı qarşılanmır və bir az boşluqlara səbəb ola bilir.
Bu boşluqları aradan qaldırmaq üçün dini zəmində maariflənmə işinin aparılmasında belə bir addımın atılması daha düzgündür. Həqiqətən də bəzən axundların müəyyən elmləri, savadları olmadığı təqdirdə insanlar onlardan çəkinir. Təbii ki, bunu hər axunda aid etmək olmaz və savadlı axundlarımız da var. Bugünkü gündə İslam Universitetinin və digər elmi mərkəzlərin tədrisi altında imam və xətiblər yetişdirilirsə, bu, daha məqsədəuyğun olar”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual