Küçə musiqisinə münasibət niyə bizdə birmənalı deyil. Bu janrın estetik piarı üçün hansı sosial çarxlardan, kliplərdən istifadə etmək olar. Suallarımızı tanınmış klipmeyker Fuad Əlişova ünvanladıq. "Dünyanın elə bir ölkəsi yoxdur ki, orada küçə musiqisinə, küçə musiqiçilərinə rast gəlməsinlər. Hətta ən inkişaf etmiş ölkələrdə belə küçə musiqisi var. Bizdə küçə musiqilərinə qeyri-ciddi yanaşma var, razıyam. Əvvəllər küçə musiqisi bizdə inkişaf etmişdi. Son illər Bakının bəzi mərkəzi küçələrində küçə musiçilərinə, küçə musiqisinə rast gələ bilirik.
Ayaq saxla, oxuyan var...
Əgər qazanc üçün belə küçə musiqisi ifa edənlər varsa, alqışlanmalıdırFuad Əlişov: “Təsəvvür edin ki, istər şəhərə gələn turist olsun, istər bu küçədən hər gün keçən sakin, küçədə maraqlı, ona təsir edən musiqinin təsirinə düşürsə, o an yaddaşına iz qoya bilir”
Küçə musiqisinə münasibət niyə bizdə birmənalı deyil. Bu janrın estetik piarı üçün hansı sosial çarxlardan, kliplərdən istifadə etmək olar. Suallarımızı tanınmış klipmeyker Fuad Əlişova ünvanladıq. "Dünyanın elə bir ölkəsi yoxdur ki, orada küçə musiqisinə, küçə musiqiçilərinə rast gəlməsinlər. Hətta ən inkişaf etmiş ölkələrdə belə küçə musiqisi var. Bizdə küçə musiqilərinə qeyri-ciddi yanaşma var, razıyam. Əvvəllər küçə musiqisi bizdə inkişaf etmişdi. Son illər Bakının bəzi mərkəzi küçələrində küçə musiçilərinə, küçə musiqisinə rast gələ bilirik.
Musiqinin vətəni yoxdur deyirlər, çünki musiqi dil, din, irq, millət, cinsiyyət fərqi qoymadan hər yaşdan və mədəniyyətdən olan insana təsir edən vasitədir. Musiqi zövqümüz isə fərqlidir, kimimiz klassik, kimimiz müasir musiqi janrlarına üstünlük, bəzən də küçə musiqisi bir anlıq bizə təsir etmək gücünə sahib olur.
Müəyyən alətlərin insanı sakitləşdirmə və yaxud da həyəcanlandırma təsirləri var. Ən çox enerji verən musiqi alətlərindən olan gitara, fiolençel, baraban və nağara insana təsir edə bilir. Musiqinin həm ruh yüksəkliyi yaratmaq, həm də sakitləşdirici hal aşılamaq kimi bir gücü var. İngilis dramaturqu Uilyam Konqrin yazır ki, musiqidə magiya qüvvəsi var. O, vəhşini ram edə, daşı yumşalda, qol-budaqlı palıd ağacını əyə bilir.
Yeri gəlmişkən, musiqinin məkanı yoxdu deyərkən bunu səbəbsiz də qeyd etmədik. Musiqi sahəsində dünyanın bir çox tanınmış sənətkarları məhz küçədən böyük səhnəyə gəliblər. Hazırda isə küçə musiqisinin təbliği bir az da asanlaşıb desək, yəqin ki, səhv etmərik. Bu gün sosial medianın varlığı, internet daha çox imkanlar yaradır ki, küçə musiqiçiləri özlərini tanıda bilsinlər. Hətta küçə sənətçilərinin sosial şəbəkələrdə rəsmi səhifələri də mövcuddur. Dünyanın küçə sənətçilərini birləşdirən "Dünyanın Küçə Sənətçiləri” adlı layihəsi də var. Layihə çərçivəsində Fransada, İspaniyada, Belorusda, Argentinada, Çilidə, Braziliyada, Kolumbiyada küçədə çıxış edənlər haqqında sənədli film də lentə alınıb. Bu cür layihələrdən əlavə, küçə sənətçiləri öz çıxışlarını videoya çəkərək Youtube kanalında yerləşdirib, bütün dünyaya istedadını nümayiş etdirməklə böyük rəğbət qazanırlar.
Onlar sənətkardı, yoxsa bekar, "mədəni dilənçilər”?
Ölkəmizdə isə bu bir az fərqlidir. Bizdə bəzən gəncləri dəstəkləyir, küçədə çıxış edərkən çıxışın sonunda onları alqışlayarkən, digərləri bu alqışları əsirgəyirlər və hətta onların "avaralanırlar” kimi ifadələrlə mənasız işlə məşğul olduqlarını kobud şəkildə bildirirlər. Nəticə etibarı ilə gənclər də həvəsdən düşür, yaxud daha pis insanlara qarşı çox neqativ hisslər bəsləmiş olurlar.
Adətən xarici ölkələrdə küçə sənəti daha müxtəlif və zövqlü olur. Misal üçün, Avropa ölkələrində küçədə və ya parkda gəzərkən küçə sənətçilərinə tez-tez rast gəlmək olur. Kimisi ariya oxuyur, kimisi saksofonda ifa edir, kimisi pantomima səhnəciyi göstərir. Onlar həm sevdiyi sənətlə məşğul olmağa davam edirlər və eyni zamanda bununla özlərinə çörəkpulu qazanırlar. Adətən küçə sənəti ilə məşğul olanlar gənc və tələbə olduqlarına görə bunu adi hal kimi qəbul etmək olar. Lakin istisnalar da olur, bəzən küçə sənətçiləri arasında yaşlı nəslin nümayəndələrini də görmək mümkündür.
Küçə sənətinin müxtəlifliyi və zövqlü olması təbii ki, onun uzun illər öncə yaranmağından və ilbəil daha da inkişaf edib, mükəmməlləşməsindən irəli gəlir.
Əslində küçə sənəti ölkəyə gələn turistlərin də böyük marağına səbəb olur. Turistlər ölkədən gedərkən buradan xoş hisslərlə ayrılmış olurlar. Əfsuslar olsun ki, bizdə küçə musiqisinə yanaşma düzgün formalaşmayıb.
Hətta turistlər belə özləri musiqi ifa edib, rəqs edərkən polislər onlara tamaşa edən paytaxt sakinləri və turistlərin özlərini də oradan da qovurlar ki, bu kimi məqamların da şahidi oluruq. Bu halları isə ictimai asayişi pozmaqla izah edirlər.
Misal üçün, Avropanın ürəyi, "Muzey şəhər” adını daşıyan Vyananın mərkəzi küçələrində və ya yaşıllıqdan ucu-bucağı görünməyən parklarında küçə sənətçilərinə rast gəlmək olar. İnsanlar təbiətə, şəhərə baxaraq zərif musiqi sədaları altında ondan xüsusi zövq alırlar. Onu da qeyd edim ki, dünyanın istənilən şəhərində hər bir küçə sənətçisinin qarşısında papaq və ya qutu olur ki, musiqidən zövq alanlar da həmin qutuya pul atmaqla musiqiçiyə minnətdarlığını bildirirlər. Vyanada belə bir görüntü heç bir halda "Muzey şəhər”in görkəminə zərrə qədər də olsa xələl gətirmir. Əksinə, bu onun daha canlı, insana daha yaxın və isti münasibət göstərməsini səslənən hər musiqi notunda turistlərə xatırladır.
Paytaxtda mədəniyyət üstünlük təşkil edir, yoxsa?..
Paytaxtın mərkəzi küçələrində əsasən gitarada ifa edən gənclərin hamısını istedadlı adlandırmaq olmaz, bununla razılaşmaya bilmərik. Ancaq bəzi gənclər də var ki, onlar artıq uzun illərdir ki, musiqi sahəsində çalışırlar və asudə vaxtlarını da məhz küçə auditoriyası qarşısında çıxış etməklə keçirirlər. Bunun subyektiv və obyektiv səbəbləri var. Küçə musiqisi ifa edən gənclərin bunun etməsinin eyni zamanda bir səbəbi də tamaşaçı ilə ünsiyyət aclığını ödəməkdir. Onlar böyük səhnələrə əlləri çatmadığından tamaşaçı tələbatını küçələrdə ifa etməklə ödəmiş olurlar. Təbii ki, bu kimi hallarda gənclər maddi durumlarını ödəmək məqsədilə küçələrdə çıxış etməyə məcbur qalırlar. Bunu bəziləri "Mədəni dilənçilik” kimi qəbul etsələr də, istedadı olan istedadı hesabına gəlir əldə edirsə, bunun adını dilənçilik deyil, mədəni dildə qonorar almaq kimi adlandırmaq olar.
Küçə musiqisinə münasibət niyə bizdə birmənalı deyil. Bu janrın estetik piarı üçün hansı sosial çarxlardan, kliplərdən istifadə etmək olar. Suallarımızı tanınmış klipmeyker Fuad Əlişova ünvanladıq. "Dünyanın elə bir ölkəsi yoxdur ki, orada küçə musiqisinə, küçə musiqiçilərinə rast gəlməsinlər. Hətta ən inkişaf etmiş ölkələrdə belə küçə musiqisi var. Bizdə küçə musiqilərinə qeyri-ciddi yanaşma var, razıyam. Əvvəllər küçə musiqisi bizdə inkişaf etmişdi. Son illər Bakının bəzi mərkəzi küçələrində küçə musiçilərinə, küçə musiqisinə rast gələ bilirik. Əslində nəzərə alsaq ki, son vaxtlar Azərbaycana turist marağı çoxalıb, turistlər tez-tez gəlir, bu baxımdan da küçə musiqisi də inkişaf etmiş olur. Çünki turistlərin də küçə musiqilərinə marağı olur. Milli musiqilərimizi dinləmək imkanları çoxalır. Yəni gələn turistlər ancaq konsert salonunda deyil, deyək ki, Bakının küçələrini gəzərkən də milli musiqimizi eşidə bilərlər.
Bunun özü gözəl haldı. İstedadlı musiqiçilər, gənclər var ki, çıxış etməyə özlərinə səhnə tapa bilmirlər, küçədə çıxış onların auditoriya toplamasına şərait yaratmış olur. Tələbələr olur müəyyən məqsədlə küçə musiqisi ilə məşğul olurlar. Kimisi maddi durumunu yaxşılaşdırmaq üçün, kimisi asudə vaxtını maraqlı keçirsin deyə küçələrdə ifaya üstünlük verirlər. Birmənalı qarşılanmır. Amma son vaxtlar münasibət dəyişməyə başlayıb. Bunu bəziləri mədəni dilənçilik kimi görürlər, amma istəməzdim belə görünsün.
Əgər qazanc üçün belə küçədə musiqi ifa edənlər varsa, yenə alqışlanası bir haldı. Çünki insan oğurluq etmir, şəhərin estetik görünüşünə mənfi təsiri olmur, heç kimi təhqir etmir, sadəcə küçədən keçən insanları musiqiləri ilə fərqli bir həyəcan, xoş musiqi sədaları təqdim edə bilirsə, bunun nəyi pisdi? Xaricdə də küçə musiqiçiləri küçədə səhnədəki kimi çıxışlar edirlər, onlar da bu yolla pul qazanırlar. Yəni o musiqini dinləyən insanlar ordan ayrılarkən xoş əhvallarını kökləməklə yanaşı, həmin küçə musiqiçisinə pul verirlər.
Bu, eybəcərlik deyil. İstedadı olan insanı dinləmək üçün mütləq böyük səhnə vacib deyil. Əgər musiqi sənə təsir edə bilirsə, əgər ifaçı sənə ifası ilə xoş anlar, hisslər yaşadırsa, deməli, onun dayandığı məkanı səhnə kimi də görmək olar. Təbii ki, onların hamısı peşəkar musiqiçilər deyil. Amma onlar arasında bəlkə gələcəyin ən tanınmış musiqiçiləri belə ola bilər. Mən xaricdə olanda küçədə ifa edən musiqiçiləri eşidəndə ayağımı saxlayıb dinləyə bilirəm. Onlar da öz auditoriyalarını küçədə toplamağa məcbur qalırlar.
Qaldı niyə kliplərdə reklam çarxlarında bu mövzu təbliğ edilmir, mənə elə gəlir ki, Azərbaycanda bu mövzuya müraciət olunub. Bəlkə az, amma olub deyəsən. Bizim cəmiyyətdə daha çox villalı varlı oğlan, kasıb qız, ya da əksinə, bu kimi süjetlər daha təsirli olur deyə o mövzularda kliplər daha çoxdu. Bizdə mövzu kimi bəlkə də o qədər maraqlı görünmür deyə çəkilmir. Amma həyatın gerçəkləridir. Mən küçədə maraqlı melodiya eşidəndə dinləyə bilirəm. Meloman olduğum üçün gözəl musiqiyə qarşı laqeyd qala bilmirəm. Xaricdə daha çox küçə musiqiçiləri ilə rastlaşmışam. Bəziləri küçə musiqisindən böyük səhnəyə gələ biliblər, bəzilərinin də ömür boyu dolanışığı məhz küçə musiqisi ifa etməklə kifayətlənib.
Mənə elə gəlir ki, musiqini harda ifa etmək önəmli deyil, gözəl və maraqlı ifa etmək vacibdi. Küçə musiqiləri hər bir şəhərin bir az da maraqlı görünməsinə imkan verə bilər. Bakının gecələrini küçə musiqiləri bəlkə bir az da romantik göstərə bilir. Əslində gecələr maraqlı görüntülərlə diqqət çəkir, hələ o gecənin rənginə bir də musiqinin harmoniyası qatılırsa, o anları yaddaşlardan silmək olmur. Təsəvvür edin ki, istər şəhərə gələn turist olsun, istər bu küçədən hər gün keçən sakin, küçədə maraqlı, ona təsir edən musiqinin təsirinə düşürsə, o an yaddaşına iz qoya bilir.
Vacib olan gözəl izi qoymaqdı. Bakıya gəlib Bakının işıqlı romantik gecələrində bir də küçədə dinlədiyi ecazkar musiqi turistlərin bir də bu şəhərə gəlmək istəyinə təsir edə bilər. Ya da Bakı o musiqinin sehri ilə yaddaşına yazılmış xatirəyə çevrilərsə, bunu ancaq alqışlamaq lazımdı. Küçə musiqiçilərinə dilənçi kimi baxmaq isə haqsızlıqdı”.
Mahnı oxumaq hər zaman ətrafda müsbət assosiasiya doğurur. "Oxu meydanları” onu mədəniyyət hadisəsi sayıb-saymamaqdan asılı deyil. Bəlkə "küçə uşaqları” gözü ilə baxılan o gənclərdən hansınınsa qeyri-adi istedadı var, lakin bu istedadını nümayiş etdirməkçün meydan problemi var... Bəlkə kimlərdənsə, nələrdənsə küskünlüyü, qırğınlığı var...
Bəlkə doğrudan-doğruya maddi ehtiyac içindədir və kirayə haqqına, hansısa zəruri ödənişlərə taqəti qalmayıb... Bunlar öz yerində... ancaq istedad varsa, o, qaynar bulaq kimidir, bir gün qaynayıb daşacaq. İstedad özü bir dayaq, istinadgahdır! İstedadına güvənən, gələcəkdən ümidsiz olmamalıdır. Bütün hallarda, su axıb öz çuxurunu tapacaq. Onlar da toplumun bir parçasıdır, fərdləridir. Onların ovqatını, durumunu nə toplumdan, nə də ümumən dünya gedişatından ayrı şəkildə yorumlamağı düzgün saymazdım”.
Yeri gəlmişkən, amerikalı məşhur skripkaçı Joshua Bell 2007-ci ildə eksprimentdə iştirak etməyə razı oldu. Səhər çağı metro zalında adi küçə musiqiçisi geyimində 43 dəqiqə ərzində öz repertuartından məşhur musiqi parçaları ifa etdi. Ordan keçən 1097 adamdan cəmi 7 nəfər ayaq saxlayıb qulaq asmışdı. Halbuki, Bellinin konsertlərində adətən biletlər konsertə bir neçə gün qalmış tamam satılıb qurtarır, özü də ən ucuz biletlər 100 dollar olmaqla.
Tahirə Məmmədqızı