Azad edilmiş ərazilərdə milli parklar yaradılacaq


“İşğaldan azad edilmiş ərazilərimizdəki bir sıra qoruqların və yasaqlıqların statusunun dəyişdirilməsi planlaşdırılır”.

Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, qoruqların və yasaqlıqların statusunun dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır:

“Bir necə qoruq və yasaqlığın bazasında yeni milli parkların yaradılması ilə bağlı düşüncələr var. Beynəlxalq ekspertlərin də cəlbi ilə bu məsələ müzakirə ediləcək”.