Azər Tağıyevin istefa xəbəri yayıldı




Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin vəzifəsindən istefa verdiyi bildirilir.
"Sherg.az" xəbər verir ki, "azvision.az”-a daxil olan məlumata görə, Azər Tağıyev səhhətində olan problemə görə belə addım atmağa məcbur olub.
Qeyd edilib ki, növbəti qurultayadək Vəkillər Kollegiyasının sədrinin səlahiyyətlərini Azər Tağıyevin müavini Fuad Nəcəfov icra edəcək.