Azərbaycan “Bir kəmər, bir yol” layihəsini irəli sürdüyü təşəbbüslər çərçivəsində fəal irəlilədir
13:18 24.04.2019
Arxiv
473
Azərbaycan "Bir kəmər, bir yol” layihəsini irəli sürdüyü təşəbbüslər çərçivəsində fəal irəlilədir.
"Sherg.az"ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: "Cənab Sədr, mənim ünvanıma söylədiyiniz və ölkəmiz haqqında dediyiniz xoş sözlərə görə Sizə təşəkkür edirəm. Mən Sizə, ilk növbədə, dəvətə görə təşəkkür etmək istərdim. Biz "Bir kəmər, bir yol” Forumunda iştirak etməyə dəvət olunmağımızı ölkəmizə xüsusi hörmət əlaməti, mənə münasibətdə dostluq əlaməti hesab edirik. Siz qeyd etdiniz ki, mən Sizin ölkənizin dostuyam, Azərbaycanda da Sizi Azərbaycanın xeyirxah dostu kimi tanıyırlar. Biz birgə səylərimizlə əməkdaşlığımızı irəlilədirik, bundan sonrakı qarşılıqlı fəaliyyətin yollarını müəyyən edirik".
İlham Əliyev bildirib ki, bu Forumun keçirilməsi çox böyük əhəmiyyət kəsb edir:
"Siz qeyd etdiyiniz kimi, Azərbaycan lap əvvəldən Sizin təşəbbüsünüzü dəstəkləyib və bu layihəni bizim irəli sürdüyümüz təşəbbüslər çərçivəsində fəal irəlilədir. 2015-ci ildə Sizin ölkənizə dövlət səfərimi və burada mənə göstərilən qonaqpərvərliyi xatırlamaq istərdim. O vaxt Sizinlə biz "İpək Yolu İqtisadi Kəməri” haqqında Anlaşma Memorandumunu imzaladıq. Bu gün bizim siyasi münasibətlərimiz yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil