"Azərbaycan Ermənistanı danışıqlar masasına qayıtmağa məcbur etdi" - Hikmət Babaoğlu
15:54 13.07.2018
Arxiv
617
"Brüsseldə qəbul edilən qərarlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu siyasi-hüquqi baxımdan bir daha möhkəmləndirmiş oldu”.
Bunu "Sherg.az”a Azərbaycan Prezidentinin Brüssel səfərinin nəticələrini izah edərkən millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu söyləyib.
Onun sözlərinə görə, səfər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycanın xarici siyasətində növbəti mühüm uğuru kimi qiymətləndirilməlidir:
"Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir. Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri” sənədi ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır. Həmçinin ölkə başçısı Brüsseldə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə də iştirak etdi. NATO-nun tədbirin yekununda qəbul etdiyi son "Kommunike" də münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllini tapması prinsipi xüsusi qeyd olundu.
Brüsseldə baş verən mühüm hadisələrdən biri də Azərbaycanın və ABŞ-ın müdafiə və xarici işlər nazirlərinin görüşü idi. Bu görüş çox əhəmiyyətli idi. Azərbaycan-ABŞ münasibətləri tarixində bu formatda keçirilən ilk görüş idi. Heç şübhəsiz ki, bu görüşdə də Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və "Qətiyyətli dəstək missiyası” çərçivəsində Əfqanıstanın təchizatı məsələləri barədə söhbət aparılıb və ərazi bütövlüyü məsələlərinə toxunulub. Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü isə indiyə qədər Ermənistanın yeni avantürist hakimiyyətinin görüşlərdə iştirak etməmək cəhdlərinin və siyasətinin iflasa uğraması ilə əhəmiyyətli idi. Ona görə də Ermənistanın baş naziri N.Paşinyan Brüsseldən qayıdarkən erməni jurnalistlərinin "bu görüşün sonrakı mərhələ üçün nə vəd edir” sualları qarşısında pis vəziyyətdə qaldı. Sadəcə gələcəkdə prezidentlərin görüşünün planlaşdırılmasından söhbət getmədiyini deyə bildi.
Yəni, əslində, Azərbaycan öz qətiyyətli və ardıcıl mövqeyi ilə Ermənistanı danışıqlar masasına qayıtmağa məcbur etdi. Amma heç kimi düşünməsin ki, Azərbaycan bu cür danışıqların keçirilməsində maraqlıdır və sona qədər də belə danışıqların həyata keçirilməsinə tərəfdardır. Danışıqlar bir vasitədir. Özü də müəyyən mərhələdə olan bir vasitədir. Azərbaycan vaxtı çatanda, daha doğrusu, geostrateji şərtlər uyğun olan kimi öz ərazi bütövlüyünü danışıqlarsız-güc hesabına da bərpa edəcək. Keçirilən paradla da, son əməliyyatlarla da biz bunu sübut etmişik. Sınaqdan müvəffəqiyyətlə çıxmağımız Azərbaycan xalqı ilə onun legitim əsaslarda formalaşdırdığı hakimiyyətin birliyi sayəsində mümkün oldu”.
H.Babaoğlu diqqətə çatdırıb ki, son günlər ölkə daxilində baş verən hadisələri, beynəlxalq münasibətlərdə və xarici siyasətimizdə əldə edilən uğurlu nəticələri bir yerə toplasaq, aydın olur ki, Azərbaycan üçün belə mühüm görüşlərin keçirilməsi və sənədlərin imzalanması ərəfəsində ölkə daxilində terror törədənlər və onların havadarları ölkəmizə düşmən olan qüvvələrdir:
"Bütün bunlara baxmayaraq, Azərbaycan bu görüşləri keçirdi, bu sənədləri imzaladı, Azərbaycanın ərazi bütövlüyü bir daha təsbit edildi, daxildə baş qaldıran təxribatçılar və terroristlər isə layiqli şəkildə cəzalandırıldı. Bu sınaqdan müvəffəqiyyətlə çıxmağımız isə Azərbaycan xalqı ilə onun legitim əsaslarda formalaşdırdığı hakimiyyətin birliyi sayəsində mümkün oldu. Bu birlik elə həm də ərazi bütövlüyümüzü təmin edəcək gücün əsasını təşkil edir”.
Qeyd edək ki, istər Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri” sənədində, istərsə də NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunub. Hətta Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyin etmə prinsipini daxil etmək cəhdi də iflasa uğradı. Bu səbəbdən Ermənistanın baş naziri Nikol Paşinyan isə Brüssel səfərindən məyus və əli boş qayıtdı.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual