Azərbaycan Prezidenti livanlı həmkarını təbrik edib





Prezident İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Auna təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Livan xalqına sülh və rifah diləyirəm.