Azərbaycan Prezidenti Rusiya Elmlər Akademiyası prezidentini qəbul edib
08:42 21.05.2019
Arxiv
499
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Rusiya Federasiyası Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevi qəbul edib.
Aleksandr Sergeyev Azərbaycan Respublikasının Prezidenti ilə bu görüşün onun üçün və ümumilikdə, Rusiya Elmlər Akademiyası üçün böyük önəm daşıdığını deyib. Əvvəlki illərdə Elmlər akademiyaları arasında birgə səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edən Aleksandr Sergeyev sonrakı dövrlərdə elmi əlaqələrin qırıldığını vurğulayaraq indi bu əlaqələrin yenidən bərpa edilməsinin zəruriliyini bildirib. O, ölkəmizə səfərinin əsas məqsədinin bundan ibarət olduğunu diqqətə çatdırıb.
Dövlət başçısı elm sahəsində əvvəllər mövcud olan ənənəvi əlaqələrin hazırkı dövr və gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı əsas yaratdığını bildirib. Rusiya elminin son illər əldə etdiyi nailiyyətlərə toxunan dövlətimizin başçısı ölkələrimizin gələcək elmi əməkdaşlığı üçün yaxşı potensialın olduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafının elm sahəsində də əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün yaxşı imkan yaratdığını deyib.
Dövlət başçısı Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin Azərbaycana səfərinin ölkələrimiz arasında elmi əməkdaşlığın inkişafı və bu sahədə konkret addımların atılması işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya