“Azərbaycan sürətlə Qərbə inteqrasiya olunur”

"Azərbaycan Avropa təşkilatları ilə sıx əməkdaşlıq qurmalı, Qərbə inteqrasiya etməlidir. Avropa ilə əməkdaşlığı müsbət dəyərləndirirəm”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi şərhçi Zeynal Əmralıyev deyib.
Analitik bildirib ki, Qərbə inteqrasiya prosesi milli məsələlər nəzərə alınmaqla aparılmalıdır:
 "Yəqin ki, yaxın zamanlarda saziş imzalanacaq. Azərbaycan sürətlə Qərbə inteqrasiya olunur. Bir müddət əvvəl Milli Məclisin deputatları siyasi islahatların keçirilməsində Qərb təcrubəsinin tətbiq edilməsinin faydalı olacağını bildirdilər.
 Son dövrlər cənab Prezindetin rəhbərliyi islahatlar geniş vüsət alıb. İslahat ilində Avropanın demokratik ənələrindən isifadə edilməsi müsbət nəticələr verər. Azərbaycan demokratik inkişaf yolunda irəliləyir və bu istiqamətdə getməyə davam edəcək”.
Qeyd edək ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin mətni üzərində gərgin iş gedir. Onun sözlərinə görə, Azərbaycanla yeni saziş üzərində çalışmaların 90 faizindən çoxu tamamlanıb: "Ötən həftə hər gün danışıqların mərhələləri keçirilirdi. Məqsədimiz bu işi mümkün qədər tez başa çatdırmaqdır”.
İsmayıl