Azərbaycan və Gürcüstan birgə 20 min avroluq turnir keçirəcək
09:59 21.05.2020
Arxiv
696
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF), Gürcüstan Şahmat Federasiyası (GŞF), eləcə də, SOCAR-ın təşkilatçılığı ilə internet üzərində şahmatın blits növü üzrə beynəlxalq turnir keçiriləcək.
Oxu.Az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə 26-28 may tarixlərində Azərbaycanda “Respublika Günü”, Gürcüstanda isə “Müstəqillik Günü”nə həsr edilən “İpək Yolu Kuboku” uğrunda yarış təşkil ediləcək.
Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan və Gürcüstanda bayram günlərində iki ölkə arasında idman əlaqələrinin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının saxlanılması, eləcə də, şahmatın təbliğidir.
Yarış playchess.com virtual oyun platformasında keçiriləcək. Turnirdə ümumilikdə 50 iştirakçı olacaq. “İpək Yolu Kuboku”nda AŞF və GŞF tərəfindən FIDE əmsalına görə (01.05.2020 tarixinədək) kişilərdə ilk 12, qadınlarda ilk 8 şahmatçı və 16 yaşa qədər gənclər arasında (01.01.2020 tarixinədək 16 yaşı tamam olmamış) ilk üç şahmatçı mübarizə aparacaq.
Federasiyalar yarışa “wild card” ilə iki şahmatçı dəvət etmək hüququna malikdir.
Yarışın ümumi mükafat fondu 20 min avrodur. Turnirdə mübarizə aparacaq bütün şahmatçılar göstərdikləri nəticəyə müvafiq olaraq pul mükafatı qazanacaq. İsveçrə sistemi üzrə təşkil olunacaq yarış 15 turdan ibarət olacaq.
Nəzarət vaxtı hər bir şahmatçıya oyunun sonuna qədər üç dəqiqə və birinci gedişdən başlayaraq, hər gediş üçün iki saniyə əlavə olmaqla müəyyən edilir. I-VII turlar mayın 26-sı saat 15:00-da, VIII-XV turlar mayın 28-i saat 18:00-da başlayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual
Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb
15:09 10.08.2026
Dünya
Rihanna Türkiyədə məhkəməni uddu
14:45 10.08.2026
Dünya
Afrikanın altında 660 min kubkilometrlik nəhəng su ehtiyatı var
14:24 10.08.2026
Aktual
Paşinyandan separatçılara: Niyə ölmürsünüz?
14:21 10.08.2026
Gündəm
Azərbaycanın İsveçrə və Niderlanddakı səfirləri geri çağırılıb
14:11 10.08.2026
Gündəm
Meloninin kreslosu təhlükədə: Anketlərdə gerilədi, yeni gediş etdi
14:10 10.08.2026
Dünya
Prezident Polşaya yeni səfir təyin edib
14:05 10.08.2026
Gündəm
SON DƏQİQƏ: Baxçalı “Terrorsuz Türkiyə” qanunu üçün TBMM-də
14:01 10.08.2026
Gündəm