Azərbaycan və Özbəkistan ombudsmanları arasında görüş keçirilib
07:41 17.06.2021
Arxiv
446
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Özbəkistan Respublikasının Ali Məclisinin İnsan Hüquqları üzrə Müvəkkili Feruza Eşmatova ilə görüş keçirib.
Ombudsman Aparatından APA-ya bildirilib ki, görüşdə iki ölkənin tarixi dostluq və qardaşlıq münasibətlərindən danışılıb, ombudsman təsisatları arasında davamlı əməkdaşlıq əlaqələrinin mövcud olduğu qeyd edilib.
Görüş zamanı Azərbaycan Ombudsmanı mandatı və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.
Ombudsman Ermənistan və Azərbaycan arasında Vətən müharibəsi dövründə Ermənistan ordusunun Azərbaycanın mülki əhalisini hədəfə alan hücumları ilə bağlı həyata keçirdiyi faktaraşdırıcı missiyalar çərçivəsində hazırladığı insan hüquqlarına dair xüsusi hesabatlar barəsində məlumat verib.
Qeyd olunub ki, azad edilmiş ərazilərdə Ermənistan tərəfindən işğal dövründə basdırılmış minalar orada normal həyatın bərpa olunmasına çox ciddi problemlər yaradır, regionda sülhü və stabilliyi təhdid altına qoyur. Ombudsman müharibə bitdikdən sonra azad olunmuş ərazilərdəki minaların partlamasının çox sayda insanın həyatını itirməsi və ya xəsarətlər alması ilə nəticələndiyini diqqətə çatdırıb.
Öz növbəsində Feruza Eşmatova Özbəkistan Ombudsman Aparatının fəaliyyəti haqqında məlumat verib. O, iki qurum arasında səmərəli əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə hazır olduğunu qeyd edib.
Tərəflər iki qurum arasında yeni ikitərəfli memorandumunun imzalanması ilə bağlı razılıq əldə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol