Azərbaycan vətəndaşlarının xarici ölkələrə viza almaq prosesi sadələşdiriləcək
12:00 15.10.2018
Arxiv
619
Azərbaycan vətəndaşlarının xarici ölkələrə viza almaq prosesi sadələşdiriləcək. Artıq bir neçə Avropa İttifaqı (Aİ) ölkəsi və Aİ üzvü olmayan digər bir sıra ölkələrlə bu barədə razılıq əldə olunub.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.
F.Cəfərov bildirib ki, "ASAN viza” 2016-cı ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb:
"İlkin dövrdə konsepsiya ondan ibarət idi ki, sadəcə xarici turistlər elektron portal üzərindən viza üçün müraciət edirlər və 3 iş günü ərzində onlara viza təqdim olunur. Daha sonra bu müddət 3 saata endirildi. 2018-ci ilin may ayının 15-dən etibarən isə artıq Azərbaycanın beynəlxalq hava limanlarında da viza terminalları vasitəsilə viza əldə etmək olar və 3 gün, 3 saat yox, 2 dəqiqədən aşağı bir müddətdə 15 ölkənin vətəndaşlarına viza verilir. Biz bu konsepsiyanı daha da inkişaf etdirirk və Azərbaycan vətəndaşlarının da xarici ölkələrə viza almaq prosesini asanlaşdırmaq istiqamətində iş aparırıq”.
Mərkəz direktoru bildirib ki, bu gün Azərbaycan vətəndaşları xarici ölkələrə viza almaq üçün səfirliklərə getməlidirlər, pasportlarını və digər sənədləri təqdim etməlidirlər:
"Bu proses uzun çəkir. Biz düşünürük ki, artıq dünyada unikal olan yeni bir modelə keçək. Artıq vətəndaşlarımız elektron hökumət portalına daxil olsun və sadəcə getmək istədikləri ölkənin adını seçsinlər və bununla da onların işi tamamlansın və bundan sonra elektron hökumət portalının işi başlasın, yəni səfirliklərə lazım olan məlumatları elektron hökumət infrastrukturu üzərindən "Elektron Hökumətin İnkişafı Mərkəzi” səfirliklərə təqdim edəcək”.
Mərkəzin rəhbəri qeyd edib ki, bu işin həyata keçirilməsi üçün bir neçə formatlar üzərində iş aparılır:
"Ya birbaşa konsulluqlara, ya vasitəçi şirkətlərə inteqrasiya olunma modeli ola bilər. Hər bir model bizim konsepsiyamızda öz əksini tapır. Bununla bağlı biz əksər səfirliklərlə görüşmüşük, fikir mübadiləsi aparmışıq. Fərqli formatlar üzərində fikirləşirik ki, həm Azərbaycanın, həm qarşı tərəfin qanunvericiliyinə tam uyğun olsun. Artıq bir neçə Aİ ölkəsi və Aİ üzvü olmayan digər bir sıra ölkələrlə bu barədə razılıq əldə olunub və bu modelin tətbiq olunması istiqamətində iş aparılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - FAKTİKİ HAVA
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm