Azərbaycan zəlzələ baş verdi




Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Şabran ərazisində baş vermiş zəlzələ haqqında məlumat yayıb.

 Seysmoloji Xidmət Mərkəzi xəbər verir ki, zəlzələ yerli vaxtla saat 22:17:20-də, Siyəzəndən 13 km qərbdə, Şabran ərazisində qeydə alının. Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

3,4 maqnitudalı zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.