Azərbaycanda bir sıra dövlət qulluqçuları işdən çıxarılacaqlar
16:37 13.09.2017
Arxiv
973
Yerli icra hakimiyyəti orqanlarında inzibati vəzifələrdə çalışan orta təhsilli şəxslərin işdən azad olunması prosesinə başlanıb.
Bu barədə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov Trend-ə bildirib.
Sektor müdirinin sözlərinə görə, bu ilin iyununda "Yerli icra hakimiyyəti orqanları haqqında Əsasnamə”yə əlavə və dəyişikliklər edilib.
"Yeni Əsasnamənin qəbulundan sonra bu orqanlarda inzibati vəzifə tutan orta təhsilli dövlət qulluqçularının dövlət qulluğuna xitam verilib. "Dövlət qulluğu haqqında” qanunda inzibati vəzifələr və onlara tələblər konkret müəyyən edilib. Qanunun tələbinə uyğun olaraq, ali təhsili olmayanların dövlət qulluğuna xitam verilir”, – sektor müdiri deyib.
Onun sözlərinə görə, əgər şəxs "Dövlət qulluğu haqqında” qanunun qəbulundan, yəni 2001-ci ildən əvvəl bu vəzifədə işləyirsə, bu dəyişiklik onlara şamil olunmur və onların dövlət qulluğuna xitam verilmir.
"Dəyişiklik 2001-ci ildən sonra bu vəzifələrdə çalışan dövlət qulluqçularına şamil olunur. Xitam qərarını həmin şəxslərin çalışdıqları icra hakimiyyəti orqanının rəhbəri verir”, – Əsgərov deyib.
Sektor müdiri bildirib ki, Komissiyada yerli icra hakimiyyəti orqanlarında inzibati vəzifə tutan orta təhsilli şəxslərin sayı barədə məlumat yoxdur.
Həmin vəzifələrə qəbulun müsahibə yolu ilə həyata keçirildiyini deyən DQMK rəsmisi bildirib ki, həmin dövlət qulluqçularının vəzifədən çıxarılması sözügedən qurumların fəaliyyətində problem yaratmayacaq.
"Çünki, bu, kütləvi xarakter daşımır. Belə vəzifəli şəxslər əsasən icra hakimiyyəti nümayəndəliklərindədir. Onların sayı isə hər nümayəndəlikdə 1-2 nəfər ola bilər”, – Əsgərov qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fevrala kimi 450 min nəfər öləcək - Qorxulu hava XƏBƏRDARLIĞI
07:00 25.09.2026
Maraqlı
İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlıq edib
06:26 25.09.2026
Region
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual