Hamımız görürük ki, gənclər mobil telefondan bir an belə ayrılmaq istəmir. İstər yolda olsunlar, istər avtobusda, metroda, hər yerdə və hər an diqqətləri mobil telefonda, mesajlaşmaqda, oyunlarda, feysbuk üzərindən söhbətləşmək
Azərbaycanda da eyni problem yaşanır
07:14 23.08.2017
Arxiv
523
“SMS cərimələr” bizdə də tətbiq edilməlidir
Hamımız görürük ki, gənclər mobil telefondan bir an belə ayrılmaq istəmir. İstər yolda olsunlar, istər avtobusda, metroda, hər yerdə və hər an diqqətləri mobil telefonda, mesajlaşmaqda, oyunlarda, feysbuk üzərindən söhbətləşmək
Hamımız görürük ki, gənclər mobil telefondan bir an belə ayrılmaq istəmir. İstər yolda olsunlar, istər avtobusda, metroda, hər yerdə və hər an diqqətləri mobil telefonda, mesajlaşmaqda, oyunlarda, feysbuk üzərindən söhbətləşmək
ABŞ-da əgər piyada avtomobil yolunu keçərkən mobil telefonla mesajlaşacaqsa, cərimə ediləcək. Bu barədə ABŞ-ın Konnektikut ştatının Stemford şəhərinin yerli icra orqanları qərar verib. Eyni hal Havay ştatında artıq tətbiq olunur. Havay ştatının paytaxtı Honoluda bu ilin oktyabrından qüvvəyə minəcək qərara görə, yolu keçərkən piyada smartfonla məşğuldursa, diqqəti yayınırsa, 30 dollar məbləğində cərimə ediləcək.
Belə bir qərara aparılan araşdırmaların nəticəsi olaraq gəlinib. Araşdırmalarda məlum olub ki, piyadalar arasında qurbanların sayı 11 faiz artıb və qurbanlar arasında yolu keçərkən diqqətini mobil telefona yönəltmiş olanlar çoxluq təşkil edir.
Piyadalarla bağlı Bakıda da oxşar vəziyyətdir. Başı mobil telefona qarışmış, kiminləsə telefonla danışan, mesajlaşan, "whatsarr” siqnalına biganə qala bilməyib tez reaksiya verən, yaxud qulaqcığı taxıb musiqi dinləyə-dinləyə yolu keçənlərə az rast gəlmirik. Bəzən sürücülər belə piyadaların arxasınca deyinir, hətta söyüş də "göndərirlər”. Əlbəttə, maşın siqnalına reaksiya verməyən piyadanın sürücünü hövsələdən çıxarması tamamilə gözləniləndir. Sürücülər piyadaların əlindən bezardı. "Elə bil bulvarda gəzir, demir ki, əə... bu dəmirdi ee... basıb keçər” tipli gileyləri çox eşidirik. Piyadalarsa, həqiqətən də sanki bütün hallarda yolun onlara məxsus olduğunu sanır və "qoy maşın gözləsin, yolu keçim”, "bu boyda adamı maşın görmür?!” psixologiyası ilə hərəkət edirlər.
Görəsən, ABŞ-da tətbiqinə başlanacaq "SMS cərimələri” bizdə də effekt verə bilərmi?
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli "Şərq”ə açıqlamasında Azərbaycanda da belə cərimə növünün tətbiqini vacib saydığını bildirdi:
- Hesab edirəm ki, belə cərimələr bizdə də tətbiq olunmalıdır. Dünya üzrə aparılan tədqiqatlarda məlum olub ki, yol-nəqliyyat hadisələrinin baş verməsində mobil telefonların "günahı” əsaslı faiz təşkil edir. Sürücülər sükan arxasında, piyadalar yolu keçərkən mobil telefonlardan istifadə edir, nəticədə diqqətləri yayınır və qəzalar baş verir. Qəzaların daha çox baş verdiyi zamanlardan biri də avtomobillərin işıqforda dayandığı vaxtdır. Bu vaxtda sürücü yaranmış kiçik fasiləni mobil telefona həsr edir ki, bəzən bu da qəzanın baş verməsi, yaxud piyadaların vurulmasıyla nəticələnir. Azərbaycanda da eyni problem yaşanır.
Xüsusən də gənclər arasında. Hamımız görürük ki, gənclər mobil telefondan bir an belə ayrılmaq istəmir. İstər yolda olsunlar, istər avtobusda, metroda, hər yerdə və hər an diqqətləri mobil telefonda, mesajlaşmaqda, oyunlarda, feysbuk üzərindən söhbətləşməkdədirlər. Bunun bir səbəbi də mobil operatorların sanki bilərəkdən ucuz internet paketləri təklif etməsidir.
Baxın, son zamanlar nə qədər insan eyvandan, pilləkəndən yıxılıb, yolu keçərkən xəsarət alıb, selfi çəkdirərkən həyatını itirib. Bunların hamısının günahı internet, sosial şəbəkə, yazışmalar, şəkil ötürmələr, tanıdıq-tanımadıq adamlarla yazışmalardır. Ona görə də mən hesab edirəm ki, məhz piyadaların, insanlarımızın təhlükəsizliyi baxımından "SMS cərimələr” bizdə də tətbiq edilməlidir. Ola bilər kimsə bu fikirdə olsun ki, cərimələrlə lazımi nəticəni əldə etmək olmur. Belə deyil, cərimələr bir çox hallarda insanları daha diqqətli və məsuliyyətli edir. Məsələn, yolu keçiddən keçmədiyinə görə cərimə olunan piyada, bir daha eyni səhvi təkrarlamır.
Çünki cərimə olunacağını artıq bilir. Kim pulunu "havayı” itirmək istəyər?! Burada psixoloji amil böyük rol oynayır. Bir dəfə cərimə olunan insanda artıq psixoloji baxımdan basqı yaranır. Şüuraltı qaydada bilir ki, cərimə olunacaq. Məncə, "SMS cəriməsi”nin tətbiq olunduğu elan edilsə, piyadalar üzərində psixoloji üstünlük əldə ediləcək. Piyada yolu keçərkən mobil telefonla "oynamaq”dan ehtiyat edəcək.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millətlər Liqası: Fransa Türkiyəni məğlub edib
02:57 26.09.2026
Futbol
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol