Azərbaycanda daha bir yüksək vəzifəli məmur koronavirusdan vəfat etdi

Sumqayıtda yüksək vəzifəli məmur koronavirusdan vəfat edib.
Oxu.Az-ın məlumatına görə, Sumqayıt Sukanal İdarəsinin rəisi İlqar Abdullayevə bir müddət öncə koronavirus diaqnozu qoyulub. 
Virusla mübarizə aparmasına baxmayaraq, xəstəlik səbəbindən komaya düşüb. Həkimlərin bütün cəhdlərinə rəğmən vəziyyəti ağırlaşan İ. Abdullayev müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 
Qeyd edək ki, İ. Abdullayev 2019-cu ilin martından bu vəzifədə çalışırdı.
Allah rəhmət eləsin!