Azərbaycanda DƏHŞƏT: 2 ailə məhv oldu - 7 ÖLÜ
05:59 27.09.2017
Arxiv
313
Ötən gecə İsmayıllı rayonunda baş vermiş dəhşətli yol qəzasında ölən 7 nəfərin şəxsiyyəti dəqiqləşdirilib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Muğanlı-Qəbələ avtomobil yolunun Topçu kəndindən keçən hissəsində Şəki rayon sakini 53 yaşlı Abbasov Rahim Sərkər oğlunun idarə etdiyi 99-DF-907 dövlət nömrə nişanlı "Opel Zafira” ilə Böyük Britaniya vətəndaşı 1965-ci il təvəllüdlü İnqland Vilyam Henrinin sürdüyü 99-AL- 238 dövlət nömrə nişanlı "Toyota Prado”nun toqquşması nəticəsində ölən 7 nəfərdən 6-sı iki ailənin üzvü olub. Belə ki, toqquşma nəticəsində "Opel”in sürücüsü ilə yanaşı, sərnişinləri: 1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, onun 14 yaşlı oğlu Sahib Bayramov, 11 yaşlı oğlu Cavid Bayramov, eləcə də 1977-ci il təvəllüdlü Kərimov Yaşar Camal oğlu, onun 19 yaşlı qızı Rufanə Kərimli və 16 yaşlı qızı Turanə Kərimzadə vəfat edib.
Hadisəyə yolun sürüşkən olması şəraitində sürət həddinin düzgün seçilməməsinin səbəb olduğu bildirilir.
Faktla bağlı baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
***
02.24
İsmayıllı rayonunda 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə hadisə İsmayıllı-Qəbələ avtomobil yolunun Topçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Opel” və "Toyota Prado” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3-ü uşaq olmaqla 7 nəfər dünyasını dəyişib.
Ölən şəxslərin Şəki və Qax sakinləri olduğu bildirilir.
Dünyasını dəyişən şəxslərin adlarını hələ ki, müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya