"Azərbaycanda elmlə məşğul olmaq xeyli cəsarət tələb edir"-PROFESSOR




Gənclərin əmək haqqlarınına azlığına görə, Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA)getməsi və ya elmə gəlməməsi faktdır. 

Bu sözləri Sherg.az-a millət vəkili Gövhər Baxşəliyevanın "maaş azlığına görə istedadlı kadrlar AMEA-dan gedir" iddiasına münasibət bildirərkən professor Füzuli Məhəmməd deyib. 

Onun sözlərinə görə, bu məsləni inkar etmək mümkün deyil: 

" Bu mənada Gövhər xanımın həyacan təbili çalması anlaşılandır. Məsələ bundan ibarətdir ki, indiki şəraitdə elmlə məşğul olmaq xeyli cəsarət tələb edir. Sosial, iqtisadi və mənəvi əhval - ruhiyyə dəyişib. Artıq insanlar öz güclərinə müstəqil olaraq qazanmaq, yaşamaq, uğur əldə etmək paradiqmasına daha çox meyl göstərirlər. Belə bir şəraitdə bütün dünyada olduğu kimi Azərbaycanda da dövlətin dəstəyi zəifləyib. Bu, normal haldır. Amma digər yandan elə bir maliyyə qaynaqları olmalıdır ki, gənc və istedadlı alimlər özlərini təqsdiqləyə bilsin.AMEA alimləri bunu mexanizm üzərində düşünməyin zərurətini təklif edir. Ona görə ki, bu hal ayrı-ayrı gənclərə və bütövlükdə ölkənin elmi potensialına müsbət təsiri ola bilər. Bütün aidiyyatı qurumlar bunun üzərində düşünməlidir. XXI əsr elm əsridir. Bu əsrdə Azərbaycanın layiqli yer tutması üçün çox çalışmaq lazımdır".

Qeyd edək ki, Milli Məclisin ötən gün baş tutan büdcə müzakirələri zamanı millət vəkili Gövhər Baxşəliyeva qeyd edib ki, maaş azlığına görə istedadlı kadrlar Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA)gedirlər.

Ayyət Əhməd