Azərbaycanda ərzaq məhsulları bahalaşıb
13:16 14.09.2017
Arxiv
532
2017-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz, ərzaq məhsullarının qiymətləri 18,2 faiz bahalaşıb. Lent.az-ın Dövlət Statistika Komitəsinin saytına istinadən məlumatına görə, o cümlədən qeyri-ərzaq mallarının qiymətlərində 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 9,6 faiz bahalaşma olub.
Cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,2 faiz bahalaşıb.
Ay ərzində mal və qoyun ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, pasterizə olunmamış üzlü südün, pendirin, kərə və zeytun yağlarının, albalının, gilasın, əriyin, qarpızın, çiyələyin, kələmin, göyərtinin, xiyarın, pomidorun, göy lobyanın, çuğundurun, sarımsağın, qəhvə və çayın qiymətlərində bahalaşma, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq əti və yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, almanın, armudun, alçanın, şaftalının, üzümün, badımcanın, bibərin, yerkökünün, kartofun, soğanın, şəkər və şəkər tozunun, tütün məmulatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Avqust ayında iyul ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, məişət cihazlarının, kiçik elektrik cihazlarının, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin, velosipedlərin, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, geyimin və telefon aparatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Avqust ayında əvvəlki aya nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi xidmətinin, mənzillərin icarə haqqının, stomatoloji xidmətlərin, avtomobillərin təmiri xidmətinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma və taksi nəqliyyatı xidmətlərinin, ödənişli ali təhsil haqqının, bərbərxana və kosmetik xidmətlərin qiymətlərində bahalaşma, respublikadan kənara istirahət turlarının, dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual