Azərbaycanda gömrük prosedurları sadələşdiriləcək
16:13 28.06.2018
Arxiv
434
İdxal olunan malların elektron formada əvvəlcədən bəyan edilməsi sisteminin tətbiq edəcək icraçı orqanlar müəyyənləşdirilib.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamda öz əksini tapıb.
İcraçı orqanlar qismində Dövlət Gömrük Komitəsi, Vergilər və Maliyyə Nazirlikləri müəyyənləşdirilib.
Tədbirlər Planına əsasən, bu dövlət orqanlarına mallar gömrük sərhəddindən keçirilənədək qısa idxal bəyannamələrinin yalnız elektron formada təqdim edilməsi sisteminə keçid və bununla bağlı məsuliyyət tədbirlərini müəyyən etmək tapşırılıb. Bununla bağlı Gömrük Məcəlləsində, Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda və digər aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər ediləcək.
Sənədə görə idxal olunan malların elektron formada əvvəlcədən bəyan edilməsi sistemi bu ilin dekabrın 1-nə qədər tətbiq olunmalıdır.
Tədbirlər Planında gömrük prosedurlarının sadələşdirilməsi və gömrük rəsmiləşdirilməsi prosesində "Bir pəncərə” sisteminə qoşulan dövlət orqanları arasında sənəd mübadiləsinin təkmilləşdirilməsi də nəzərdə tutulub. Bununla bağlı icraçı orqanlar qismində Dövlət Gömrük Komitəsi, Vergilər, Maliyyə, İqtisadiyyat Nazirlikləri və aidiyyatı qurumlar müəyyənləşdirilib. İcraçı dövlət qurumlarına gömrük prosedurları üçün tələb olunan sənədlərin sayının azaltmaq, idxal-ixrac əməliyyatları zamanı beynəlxalq sertifikatların tanınması işinin təşkil etmək, gömrük rəsmiləşdirilməsi zamanı "Bir pəncərə” sisteminə qoşulan dövlət orqanları arasında aidiyyəti məlumatların elektron formada mübadiləsini təmin etmək tapşırılıb. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda və digər aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər, "Bir pəncərə” sisteminə qoşulan dövlət orqanları ilə Dövlət Gömrük Komitəsi arasında razılaşdırma sənədinin imzalanması nəzərdə tutulur. Gömrük prosedurlarının sadələşdirilməsi və gömrük rəsmiləşdirilməsi prosesində "Bir pəncərə” sisteminə qoşulan dövlət orqanları arasında sənəd mübadiləsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər bu ilin sentyabrın 1-dək yekunlaşmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət