Azərbaycanda güclü külək və sel fəsadlar törətdi: avtobus su altında qalıb
06:48 10.07.2019
Arxiv
337
İsmayıllı rayonunda güclü külək və leysan nəticəsində yaranan sel suları evlərə, meyvə ağaclarına, elektrik naqillərinə ziyan vurub.
APA -nın yerli bürosunun xəbərinə görə, ötən gün axşam saat 21:00 radələrində İsmayıllı rayonunda güclü küləklə müşayiət olunan leysan yağışı yağıb. Güclü külək bir neçə evin və sosial obyektin dam örtüyünə ziyan vurub, İsmayıllıda məcburi köçkünlər üçün salınan "Qarabağ" yaşayış massivində məskunlaşan Şuşa sakini, 1969-cu il təvəllüdlü Mirzəliyev Rövşən Hümbət oğluna məxsus fərdi yaşayış evinin dam örtüyünü tamamilə qoparıb, yağış suları evdəki əşyalara ziyan vurub. Hazırda ailə üzvləri evsiz qalıblar. Gəncədən Lahıc qəsəbəsinə turistləri gətirən avtobus "Cənnət bağı" istirahət mərkəzinin qarşısında dayanıb və yağışdan sonra qəflətən dağdan gələn sel sularına qərq olub. Avtobusu su və lil basdığı üçün onu ərazidən çıxarmaq mümkün olmayıb. Turistlər Gəncəyə başqa avtobusla yola salınıb. Hazırda avtobusun sel basan ərazidən çıxarılması üçün tədbirlər görülür.Bundan əlavə güclü külək nəticəsində rayonda elektrik naqilləri qırılıb, rayon mərkəzinə və kəndlərə elektrik verilişi dayanıb, qaz və su xətlərinə, meyvə bağlarına, əkin sahələrinə ziyan dəyib.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Raxim Oşakbayev: Orta Dəhliz iki ildə 15 dəfə böyüyüb
15:12 02.10.2026
İqtisadiyyat
Novak: Rusiyada cüzi benzin çatışmazlığı var
15:04 02.10.2026
Dünya
Bir şeyə əmin idik: bu müharibə qələbə ilə başa çatacaq
14:46 02.10.2026
Gündəm
Ağdamda 15 yaşlı qız itkin düşüb
14:41 02.10.2026
Gündəm
Ohanyan saxlanıldı
14:40 02.10.2026
Region
Çinin Azərbaycana strateji dəstəyi genişlənir - ŞƏRH
14:35 02.10.2026
Gündəm
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə