Azərbaycanda idmançını öldürən biznesmenin oğlu məhkəməyə müraciət etdi
17:16 16.04.2020
Arxiv
521
Göygöldə qara kəmər ustasını qətlə yetirməkdə ittiham olunan Urfan Rzayevin barəsində çıxarılmış hökmdən kassasiya şikayəti verilib.
Oxu.Az xəbər verir ki, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.
Şikayət hakim İnqilab Nəsirovun icraatında araşdırılacaq.
Qeyd edək ki, hadisə 2014-cü il sentyabr ayının 4-də Göygöl rayonunun Quşqara kəndi ərazisində baş verib. Urfan Rzayev Quşqara çayının kənarında şəxsi münasibətlər zəminində 1985-ci il təvəllüdlü Kamal Rüstəmovla dalaşıb. Hadisə zamanı Urfan Rzayev bıçaqla Kamal Rüstəmovun qarın və sinə nahiyəsindən iki zərbə vurub. Qarşıdurma nəticəsində Urfan Rzayev özü də müxtəlif bədən xəsarətləri alıb.
Hər iki şəxs Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, Kamal Rüstəmov burada dünyasını dəyişib. Urfan Rzayev isə reanimasiya şöbəsinə yerləşdirilib.
Məhkəmə yolu ilə müəyyən edilib ki, 2007-ci ildə Kamal Rüstəmov uzaq qohumu Urfan Rzayevin bacısı Yaqutla ailə qurub. Urfanın atası Tapdıq Rzayevin həm Azərbaycanda, həm də Rusiyada böyük biznesi olub. Həmçinin Gəncə şəhərində və Göygöl rayonu ərazisində şərab və araq istehsalı ilə məşğul olub. K.Rüstəmov da həmin müəssisənin satış üzrə meneceri işləyib, Bakı şəhərindəki şadlıq evlərinə içkilərin - arağın, şərabın, şampan şərabının paylanması ilə məşğul olub.
2014-cü ildə qayınata ilə kürəkən arasında müəyyən narazılıq yaranıb. Bu soyuqluğun nəticəsi olaraq, bir müddət sonra Kamalla Yaqut ayrılıblar. K.Rüstəmov evi sataraq pulun yarısını həyat yoldaşına verib. Bundan sonra Kamal Rüstəmov Göygöl rayonunun Quşqara kəndində limonad sexi açıb. Biznes qurmaq üçün ailəsinə məxsus evi satıb, banklardan kredit götürüb. Yeni içki biznesi keçmiş qayınatası Kamalın biznesinə mane olmağa başlayıb. K.Rüstəmov limonadları ayrı-ayrı dükanlara 40 qəpiyə təklif edirmiş. Qayınatasının adamları isə həmin limonadı 25-30 qəpiyə təklif edirmişlər. Rzayevlər dükan sahiblərinə tapşırırmışlar ki, heç kim Kamaldan mal almasın. Urfan və atası Tapdıq Rzayev Kamalı hədələyirmişlər ki, "biz varıq, sən buradan xeyir götürə bilməzsən".
Qətlə yetirilən gün Ürfan Kamala zəng vurub və bildirib ki, sənin bizim şirkətdə işlədiyin dövrdən 330 manat borcun qalıb, onu hökmən bu gün ödəməlisən. Kamal da etiraz edib ki, mənim işlədiyim dövrdən heç bir borcum qalmayıb. Ürfan 4 sentyabr 2014-cü il tarixində "Mercedes 600 SLK" markalı avtomobillə gəlib və sənədi Kamala göstərib ki, borc budur. Kamal da sənədə baxaraq deyib ki, borc onun işlədiyi dövrə aid deyil. Bundan sonra Ürfan gedib və həmin gün təxminən saat 17 radələrində yenidən Kamalın limonad sexinə qayıdıb, onunla mübahisə edib. Mübahisə qansız ötüşməyib. Yaralı vəziyyətdə olan Kamalı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Törətdiyi cinayət əməlinə görə Urfan Rzayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2016-cı il tarixli hökmü ilə Urfan Rzayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən prokurorluq və zərərçəkmiş tərəf apellyasiya şikayəti verib.
Apellyasiya məhkəməsinin qərarı ilə Urfan Rzayev 13 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sirkədən zəhərlənən 2 nəfər öldü
13:47 11.08.2026
Hadisə
Putin: “Altay Avropadan daha yaxşıdır”
13:39 11.08.2026
Gündəm
Ermənistan üçün yeni qaz mənbəyi: TRIPP qaz kəməri
13:32 11.08.2026
Region
Latviya Belarusla sərhəddə gizli tunel aşkar etdi
13:15 11.08.2026
Dünya
Messi “İnter Mayami”də çıxışını dayandırdı
12:57 11.08.2026
Futbol
Asılılıqdan qurtulmaq mümkündür - Psixoloqdan vacib tövsiyələr
12:37 11.08.2026
Sağlamlıq
Voronejdəki anbardakı malların böyük hissəsi qorunub
12:15 11.08.2026
Dünya
Rusiyanın daha bir neft emalı zavodu vuruldu
11:04 11.08.2026
Dünya
Saatlıda yanğın törədən şəxs saxlanılıb
10:25 11.08.2026
Hadisə
İrəvanın KTMT-dəki səlahiyyətləri məhdudlaşdırılır
10:17 11.08.2026
Dünya
1630-cu gün: Rusiyanın itkiləri yeniləndi
09:57 11.08.2026
Dünya
Babək prospektində obyektdə yanğın oldu - VİDEO
09:49 11.08.2026
Hadisə
Rusiya XİN Ermənistanla bağlı açıqlama verdi
09:39 11.08.2026
Gündəm
Qızıl və gümüş bahalaşdı
09:16 11.08.2026
İqtisadiyyat
Çempionlar Liqası: “Sabah” bu gün “Orhus”u qəbul edir
09:11 11.08.2026
Futbol
BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
09:01 11.08.2026
Sosial