Azərbaycanda komitə sədrinə orden verildi




Prezident İlham Əliyev Abbas Ələsgərova 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Sherg.az"ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən memarlığın inkişafındakı xidmətlərinə və şəhərsalma sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Abbas Abbas oğlu Ələsgərov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Abbas Ələsgərov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədridir.