Azərbaycanda "körpü bank"lar yaradılacaq
09:32 29.03.2017
Arxiv
547
Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) "körpü banklar" yaratmaq səlahiyyətinin verilməsi nəzərdə tutulur. APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə İnzibati Prosessual, Mülki Prosessual məcəllələrə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.
İnzibati Prosessual və Mülki Prosessual məcəllələrə dəyişikliklər gələcəkdə "Bank haqqında" qanuna müvafiq dəyişikliklər etməyə zəmin hazırlamaq üçün təqdim edilib və qanun layihələrində "körpü bank"ların yaradılmasını nəzərdə tutan qətnamə anlayışı əksini tapıb. Məsələn, İnzibati Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən MBNP-nin bankın qətnaməsi çərçivəsində qəbul etdiyi qərar məhkəmə tərəfindən ləğv edilə bilməz.
Müzakirələr zamanı R. Aslanlı bildirib ki, maliyyə bazarlarına nəzarət orqanı problemi olan, könüllü restrukturizasiya oluna bilməyən bankların icbari qaydada problemlərini həll etməlidir: "Bunun biri neçə yolu var. Banka aidiyyatı olan şəxsləri, yəni səhmdarların, bankın idarə edilməsi ilə bağlı qərarlar qəbul etmək səlahiyyətində olan şəxslərin bankdakı depozitlərini icbari qaydada onun səhmlərinə keçirmək, bankın səhmlərinin bir qismini çıxarıb satmaqla bazardan vəsaitlər cəlb etmək, bankın aktiv öhdəliklərinin birlikdə, yaxud ayrı-ayrılıqda çıxarılıb satılması ilə problemlərin həll edilməsi bura daxildir. Yaxud bankın müəyyən kapital kəsri var, bunu müəyyən sağlam bir banka satmaqla artıq yeni sağlam bir maliyyə təchizatı formalaşdırmaq olar. Yəqin ki, gələcəkdə dünyada maliyyəçilər başqa yollar da tapa biləcəklər. Bizim təklif etdiyimiz qətnamə "körpü bank"ın yaradılmasıdır. Körpü bank nədir? Yeni bank yaradılmır, maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti müddətə sadələşdirilmiş qaydada bank yaradır. Bankın sağlam aktiv və öhdəlikləri bu "körpü bank"a keçirilir. Bu bank müəyyən müddətdən sonra sağlam bank kimi bazara çıxarılıb satılır. Tənzimləyicilərdə potensial bank investorlarının siyahısı olur. Onlar bilirlər ki, hansı ödəmə qabiliyyəti olan qurumlar bank almaq istəyirlər. Məsələn, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatı var ki, tək Azərbaycanda yox, hətta Gürcüstanda və Rusiyada kimlər bank almaq istəyirlər və biz belə hal ilə üzləşsək, həmin bankları kimlərə təklif edə bilərik. "Körpü bankı"nın yaradılması məhz bu məqsədə xidmət edir. Nəzərinizə çatdırım ki, hazırda qanunvericiliyə əsasən bankların yaradılması 8-10 ay müddət tələb edir. "Körpü bank"lar isə tənzimləyicinin qərarı ilə yaradılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət