“Qaçqın düşən, ev-eşiyini itirən türklər üçün çadır və ərzaq yardımı etməliyik”
Azərbaycanın Kərkükə yardım etməyə ən azı mənəvi haqqı var
21:01 25.10.2016
Arxiv
760
“Çünki oradakı türkmənlər bizim əcdadımızdır”
“Qaçqın düşən, ev-eşiyini itirən türklər üçün çadır və ərzaq yardımı etməliyik”
“Qaçqın düşən, ev-eşiyini itirən türklər üçün çadır və ərzaq yardımı etməliyik”
"Kərkükdəki türkmənlərə yardım etmək Azərbaycanın mənəvi borcudur”. Bunu "Şərq”ə açıqlamasında tanınmış türkoloq-alim, professor Firudin Cəlilov deyib. İraq türkmən liderlərinin Türkiyə və Azərbaycandan yardım istəməsinə münasibət bildirən professor bildirib ki, məsələyə aydınlıq gətirmək üçün tarixə nəzər yetirmək lazımdır:
"Orta əsrlərdən üzü bəri Kərkükdə yaşayanlar Azərbaycan türkləridir. Onların hamısı eynilə bizim ləhcədə danışırlar. Tək Kərkük yox, Mosul və Ərbil şəhərləri, Suriyadan Hələbə qədər olan ərazi qədimdən türk xalqlarının məskəni olub. Baxmayaraq ki, həmin ərazilər bir neçə yüz il Osmanlı dövlətinin tərkibində qalıb, amma oradakı türklər Azərbaycan ləhcəsini unutmayıblar. Kərkük və Mosul türkmənləri bizim ən yaxın qohumlarımız sayılır”.
F.Cəlilovun sözlərinə görə, vaxtı ilə Ermənistanda, indi isə İranda yaşayan azərbaycanlılar nə qədər bizdəndirlərsə, İraq və Suriyada yaşayan türklər də bizim qan qardaşlarımızdır: "Birinci Dünya müharibəsindən sonra İraq dövləti yaradıldı və həmin ərazilər yeni dövlətin tərkibinə keçdi. Ona qədər Kərkük və Mosul Türkiyənin tərkibində idi. Amma Lozan müqaviləsində qeyd olunmuşdu ki, əgər Kərkük türkmənlərinə hücum edilsə, onlar dar günə düşsələr, Türkiyə onları himayə etmək haqqına sahibdir. Həmin məqam millətlərarası komissiyanın protokolunda öz əksini tapıb. Bu baxımdan Türkiyə Kərkük və Mosul türkmənlərinə kömək etməkdə həm haqq sahibidir, həm də borcludur. Azərbaycanın isə Kərkükə yardım etməyə ən azı mənəvi haqqı var. Çünki oradakı türkmənlər bizim əcdadımızdır. Hesab edirəm ki, İraqdakı türkmənlərin Türkiyə və Azərbaycandan şikayət etməyə haqqı var. Heç olmasa, Kərkükə humanitar yardım göstərə bilərik. Qaçqın düşən, ev-eşiyini itirən türklər üçün çadır və ərzaq yardımı etməliyik. İraqdakı yezidi kürdlərin arxasında Avropa dayanır. Çünki onların əksəriyyəti xristiandır. PKK-lı kürdlərin arxasında da başqa güclər durur. Amma türkmənlərə yiyə duran yoxdur. Fikrimcə, Azərbaycan dövləti, xarici işlər nazirliyi bu sahədə ciddi addımlar atmalıdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat