Azərbaycanla Misir arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq...
12:47 08.08.2018
Arxiv
737
Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Müdafiə Sənayesi Nazirliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikası Müdafiə və Hərbi İstehsalat Nazirliyinin Silahlanma Baş İdarəsinin rəisi, general-mayor Tarek Saadzagloul Tolbanın başçılq etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib.
Bu barədə "Report"a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Yəhya Musayev Azərbaycan ilə Misir arasında müxtəlif sahələrdəki əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə ətraflı məlumat verib.
Səmimi keçən görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Nümayəndə heyətinin başçısı Tarek Saadzagloul Tolba qəbula görə minnətdarlığını bildirib.
Görüşdə Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim də iştirak edib.
Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində olub və istehsal prosesini yaxından izləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm