Azərbaycanlı diaspor rəhbərinə zorakılıq edən polislərə cinayət işi açıldı
13:40 27.11.2017
Arxiv
890
Rusiyanın Kazan şəhərində Azərbaycan diaspor rəhbəri Sərraf Kərimova zorakılıq edən mülki geyimli polis əməkdaşlarına qarşı cinayət işi başlanılıb.
Birləşmiş Dünya Azərbaycanlıları Birliyinin Tatarıstan Respublikası üzrə rəhbəri olan S. Kərimov APA-ya bildirib ki, cinayət işi Rusiya Federal İstintaq Komitəsinin Tatarıstan Respublikası üzrə idarəsi tərəfindən açılıb.
Səlahiyyətlərindən sui-istifadə edərək zorakılıq əməli törədilməsi ilə bağlı qaldırılan cinayət işi üzrə istintaq davam edir. S. Kərimov qeyd edib ki, ona qarşı zorakılıq edən polis əməkdaşları iş üzrə dindirilir, hələlik saxlanılan yoxdur: "Hansısa insidenti səbəb göstərib mənə qarşı, sonra da şəhərdə yaşayan azərbaycanlılara qarşı təhdidlər, zorakılıqlar oldu. Burada ancaq öz gücümüzə haqqımızı bərpa edə bildik. İddiam üzrə şikayət təmin olunub və iş başlanıb. Nəticəsini gözləyirik”.
Qeyd edək ki, noyabrın 18-də Kazan şəhərinin Novo-Savinovskiy rayonunda mülki geyimli şəxslər S. Kərimovu zorla avtomobilindən düşürüblər, ona xəsarət yetiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə