Azərbaycanlı milyonçu 7 saytı məhkəməyə verdi
12:22 05.09.2017
Arxiv
671
Azərbaycanlı iş adamı, şair Gülağa Qəmbərov (Tənha) 7 mətbu orqanı məhkəmə verib.
Lent.az-ın məlumatına görə, Gülağa Qəmbərov bir neçə saytdan yarım milyon manat və haqqındakı yazıların silinməsi, təkzib verilməsi və üzr istənilməsini tələb edir.
G.Qəmbərov iddia ərizəsində Bakipost.az saytının baş redaktoru Elçin Zahiroğlu, Qafqazinfo.az saytının baş redaktoru Elnur Məmmədli, Azpolitika.az saytının baş redaktoru Elnur Məhərrəmli, Veteninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı, Cebhe.info saytının baş redaktoru Elnarə Kərimova, Mediaxeberleri.az saytının baş redaktoru Ələddin Kəsəmənli və Milletinsesi.info MMC-ni cavabdeh şəxs qismində prosesə cəlb edib.
G.Tənhanın iddia ərizəsi avqustun 7-də Yasamal rayon məhkəməsi tərəfindən geri qaytarılıb və icraata götürülməyib. Milyonçu şair qərardandan şikayət edib və növbəti dəfə onun ərizəsi icraata qəbul edilib. Prosesə hakim Ayaz Məmmədov sədrlik edir, məhkəmə sentyabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, G.Qəmbərov "Real MTK” təsisçisi İlham Qasımovun ona 19,5 milyon manatını dələduzluq yolu ilə mənimsədiyi ilə bağlı şikayət edib. Bununla bağlı İlham Qasımov həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qasımov 15 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi ilə bu cəzanı 3 il azaldıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman