Azərbaycanlı milyonçu: Məni siyasi sığınacaq almağa məcbur edirlər
09:07 08.04.2018
Arxiv
433
Hazırda Fransanın Nitsa şəhərində yaşayan azərbaycanlı milyonçu Telman İsmayılov uzun fasilədən sonra Rusiya KİV-ə müsahibə verib. Lent.az-ın məlumatına görə, Fransaya sığınma səbəbləri, qardaşının həbsi, Rusiyaya qayıtmaq istəyindən danışan milyonçu bir sıra maraqlı məqamlara da toxunub.
Müxbirin "Niyə indi müsahibə vermək qərarına gəldiz?” sualına İsmayılov belə cavab verib: "Uzun vaxtdı ki mətbuatda görünmürəm. Ümumiyyətlə, populizmi sevmədiyimdən müsahibə verməyi də xoşlamıram. Sadəcə indi hamıya bildirmək istəyir ki, sağ-salamatam. Sağlamam, ağlım başımdadı”.
Milyonçu ona və qardaşına qarşı qaldırılan cinayət işindən danışıb. O bildirib ki, istintaqın əlində heç bir sübut yoxdur: "Mehman Kərimov adlı şəxs istintaqla əməkdaşlığa gedərək, mənə və qardaşıma qarşı saxta itihamlar irəli sürüb. Əminəm ki, onu buna məcbur ediblər. Mən ittiham aktını oxumuşam. Orada heç bir sübut-filan yoxdu. İnanıram ki, yaxın vaxtlarda hər şeyə aydınlıq gələcək, bütün sular durulacaq. Onda hamı biləcək ki, əsl günahkar kimdir. Mənim reputasiyama ciddi zərbə vurdular. Xüsusən də Rusiya KİV-i - telekannalar haqqımda ağızlarına gələni verirdilər. Amma bir gün haqq-ədalət üzə çıxacaq”.
T.İsmayılov qeyd edib ki, bu cür təzyiqlərlə onu Fransada siyasi sığınacaq almağa məcbur edirlər: "Amma mən sığınacaq istəməyəcəm. Buna nə vaxtım, nə də istəyim var. Mən bir şeyi istəyirəm: işə obyektiv baxsınlar. Siz başa düşürsüz, onlar qəsdən məni küncə sıxışdırırlar. Məqsədləri də odur ki, sığınacaq alım. Mən hər şeyə hazıram. İstintaq Komitəsinə üz tuturam, onlara deyirəm ki, yalan detektorundan belə keçməyə hazıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol