Azərbaycanlı xanımlar türk kişilərlə evlənməyə çox meyillidir
14:27 07.04.2018
Arxiv
5905
Hərəsi bir səbəbdən - amma əksəriyyəti daha mülayim və daha romantik olduğunu düşündüyü üçün türklə evlənir
Ötən ilin nəticələrinə görə, türkiyəli kişilər ümumilikdə 20 972 əcnəbi qadınla evləniblər, onların 13,3 faizi azərbaycanlıdır. Bizim qızların türkiyəli oğlanlara meyl etməsinin səbəbləri aşağı-yuxarı bəllidir. Xaricdə qadınların daha azad yaşadığını görüb, onlara qibtə edən qadınları bu sərbəstlik cəlb edir. Bu azadlığı əldə etmək üçün onlar da əcnəbi bəylə ailə həyatı qurmaq istəyirlər. Sərbəstlikdən əlavə bizim qızlarda bütün əcnəbilərin varlı olması ilə bağlı yanlış qənaət formalaşıb. Bəzən əcnəbilərlə nikahın əsasında bu məqamlar da dayanır.
Bəs, türkiyəli oğlanları azərbaycanlı qızlarla evlənməyə vadar edən səbəblər hansılardır? Qızlarımızın hansı cəhəti onları cəlb edir?
"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralının sözlərinə görə, hər kəsə görə fərqli səbəbləri var:
- Kimisi zahiri görünüşünü bəyənib evlənib, kimisi mənəvi özəlliklərinə vurulub, kimisi də təhsilinə, savadına. Ümumiyyətlə, türk kişisi üçün azərbaycanlı qadın həmişə maraq kəsb edib. Fərqli mədəniyyət, fərqli həyat tərzi, daha yaxşı təhsil və dünyagörüş səviyyəsi də rol oynayır. Azərbaycan türkdilli ölkələr arasında əhalinin təhsil səviyyəsinə görə lider ölkədir, qızlarımız özünüinkişafı yaxşı bacaran, hər şeyi öyrənməyə can atandırlar. Mən çox istərdim deyim ki, ailə dəyərlərinə sahib çıxmağı bacaran qızlarımız çoxdur, lakin çox təəssüf ki, bunu deyə bilmirəm. Çünki bu, bir neçə il əvvəl belə idi, artıq ailə institutu üçün bu özəllik əhəmiyyətli dərəcədə azalıb. Amma bununla belə türk yaşıdları ilə müqayisədə azərbaycanlı qızlar boşanmaya daha az meyillidir, həyat yoldaşı ilə uzlaşmağa can atır. Bu da türk kişilərin azərbaycanlı qızlara olan marağını artırır. Üstəlik, xanımlarımız özləri də türk kişilərlə ailə qurmağa meyillidir. Hərəsi bir səbəbdən - amma əksəriyyəti daha mülayim və daha romantik olduğunu düşündüyü üçün türklə evlənir. Sosioloqun fikrincə, türk kişilərin azərbaycanlı qadını seçməsinin bir əhəmiyyətli səbəbi də ailədə hegemonluğu ələ ala bilmə istəyidir: "Çünki azərbaycanlı gəlin Türkiyədə öz vətənində olduğu qədər cəsarətli ola bilmir, necə deyərlər, ərin çaldığı havaya oynamaq məcburiyyətində qalır. Bu da ailədə ərin hakimiyyətinin möhkəmlənməsi deməkdir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol