“Azercell” veteranları təbrik etdi
07:09 10.05.2020
Arxiv
467
“Azercell Telekom” MMC dünya müstəvisində əlamətdar tarix kimi qeyd edilən 9 may - faşizm üzərində Qələbə Günü münasibətilə xeyriyyə təşəbbüsünü reallaşdırıb. Koronavirus pandemiyası dövrünə təsadüf edən Qələbənin 75-ci ildönümündə lider mobil operator qəhrəmanlıq və şücaəti ilə gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olan İkinci Dünya müharibəsi veteranlarını ərzaq sovqatları ilə sevindirib.
Sherg.az xəbər verir ki, xeyriyyə aksiyası çərçivəsində “Azercell” Azərbaycanın müxtəlif şəhər və regionlarında yaşayan bütün İkinci Dünya müharibəsi veteranlarına baş çəkərək onların bayramlarını təbrik edib. Hədiyyələrin ünvanlara çatdırılmasını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərpoçt” MMC həyata keçirib.
Xatırladaq ki, hansı müharibədə iştirak etməsindən asılı olmayaraq vətənin müdafiəsində danılmaz xidmətləri olan bütün veteranlamıza hər zaman qayğı ilə yanaşan “Azercell” 2015-ci ildən etibarən “Veteran” kampaniyasını da keçirir. Bu təklifdən yararlanan veteranlar təqvim ayı ərzində nömrələrinə birinci dəfə yüklədikləri məbləğ müqabilində eyni vəsaiti balanslarına hədiyyə qismində əldə edirlər. Qeyd edək ki, müharibə veteranı statusuna malik Fakturasız Xətt (Sim-Sim) istifadəçiləri “Azercell”in Müştəri Xidmətləri ofislərinə müraciət edərək istifadə etdikləri nömrədə kampaniyanı aktiv edə bilərlər.
Azərbaycan xalqı İkinci Dünya müharibəsinin 1941-1945-ci illəri ərzində cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb, qələbə naminə həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl qəhrəmanlıq nümayiş etdirib. “Azercell” şirkəti müxtəlif müharibə illərində orduda döyüşən bütün veteranlarımıza uzun ömür, cansağlığı arzulayır. Bizim qələbələrimiz hələ irəlidədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat