“Azəristiliktəchizat”ın “Azəriqaz”a nə qədər borcu qalıb? - RƏSMİ
14:15 26.01.2021
Arxiv
565
2020-ci ilin sonunda “Azəristiliktəchizat”ın “Azəriqaz”a borcu dövlət tərəfindən bağlanıb.
Bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Oxu.Az-a açıqlamasında deyib.
O bildirib ki, “Azəristiliktəchizat” ASC-nın “Azəriqaz”a 34 milyon manata yaxın borcu olub və onun 30 milyon manatı dövlət tərəfindən bağlanılıb:
“Azəristiliktəchizat” ASC bizim qeyri-əhali abonentlərimizdən biridir və böyük məbləğdə də qaz alıcısıdır. Noyabr ayının ilk günlərindən etibarən “Azəristiliktəchizat” ilə “Azəriqaz” arasında borcla bağlı məsələlər ortaya çıxdı. Biz qazın satışını həyata keçirən qurumuq və aldığımız qazın dəyərinin yüz faiz ödənişini edirik. Satdığımız qazın məbləğini tələb etmək bizim borcumuzdur. “Azəristiliktəchizat” ASC öz işini elə qurmalıdır ki, abonentlərində narazılıq yaranmasın. Buna görə də, mövsüm başlamamış “Azəriqaz”la borc problemini həll etməlidir”.
Ruslan Əliyev qeyd edib ki, hazırda “Azəristiliktəchizat” ASC-nin borcu yandırdığı sərfiyyata uyğundur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sevərək, xırda-xırda yığdığım evimdən çıxdım”
22:34 30.04.2026
Şou
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq