Badamdardakı sürüşmə sahəsində nisbi gərginlik qalmaqdadır






Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb.

Qərargahdan "Sherg.az"a verilən məlumata görə, sürüşmə zonasında saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə nisbi gərginlik qalmaqdadır.

Sürüşmə kütləsi üzərində ara-sıra kütlə üzərində asılı süxur qırıntıları yamac boyu aşağıya doğru hərəkət edir. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda isə dəyişiklik baş verməyib.