Bakı Medikal Plazada daha bir körpə ölümü... - SƏRİŞTƏSİZLİK
09:43 26.12.2016
Arxiv
1340
"8 min manatdan çox xərc çəkdik, nəticə belə oldu"
Bakı Medikal Plazada çalışan ginekoloq Elnurə Mustafayevanın məsuliyyətsizliyi ilə bağlı redaksiyamıza ciddi şikayətlər daxil olub. Belə ki, son iki ildə adıçəkilən həkim tərəfindən müalicə olunan Bakıda yaşayan 28 yaşlı Ağstafa rayon sakini Aynur Dərvişovanın övladı doğuşa iki gün qalmış ana bətnində dünyasını dəyişib.
Bu barədə Sherg.az-a xəstənin bacısı Şəfiqə Dərvişova məlumat verib.
Onun sözlərinə görə, iki illik müalicə müddətində E. Mustafayeva analizlərin cavabını onlardan gizlədib:
"Sonda isə bacımın təcili olaraq Mərkəzi Klinik Xəstəxanaya yatırılmalı olduğunu söylədi. Bacım iki dəfə süni mayalanma üsulu ilə övlad sahibi olmaq istəsə də, ilk cəhd uğursuz oldu. Amma sonradan 8 min manatdan çox xərc çəkib, ikinci dəfə buna cəhd göstərdi. Nəticə də belə oldu. Hazırda bacıma həyati təhlükə yaranıb".
Ş. Dərvişova diqqətə çatdırıb ki, 15 gündən artıqdır bacısı ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə alır və hazırda vəziyyəti çox pisdir:"
Daxili qanaxması dayanmır. Bacım mütəmadi olaraq Elnurə həkimin yanında müalicə olunub. Həmişə körpənin və bacımın durumu ilə maraqlanmışıq. Həkim heç bir problemin olmadığını, hər şeyin qaydasında olduğunu deyib. Artıq uşağın ana bətnində öldüyünü bildikdə, bunu gizlətməyə çalışdı və təcili xəstəxanaya yatırın dedi. Bacımın vəziyyəti pisləşəndə Elnurə həkim: "Mən haradan bilim ki, belə bir xəstəlik ola bilər” – deyə cavab verdi. Halbuki, bacım həmişə şikayətlənirdi, lakin həkim məsuliyyətsizlik edərək şikayətlərini ciddiyə almadı. Aynur xəstəxanaya yatırılandan həkim telefonlara cavab vermir, Baku Medikal Plazanın rəhbərliyi isə onu gizlədir. Həkimin məzuniyyətdə olduğunu deyirlər”.
Sonda şikayətçi onu da əlavə edib ki, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməyi düşünür və artıq vəkilə müraciət ediblər.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat