Bakı Metropoliteninə yeni mətbuat katibi təyin edildi




"Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən öz ərizəsi ilə ayrılan Nəsimi Paşayevi hazırda Bəxtiyar Məmmədov əvəz edir.

"Sherg.az"ın modern.az-a istinadən məlumatına görə, bu gün "Bakı Metropoliteni”ni QSC-nin sədri Zaur Hüseynov B.Məmmədovu kollektivə təqdim edib.

B.Məmmədov qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisinin müavini vəzifəsini tutur.