Bakı-Sumqayıt-Bakı elektrik qatarları Biləcəri və Xırdalanda da dayanacaq




Noyabrın 19-dan etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək.
Bunu APA-ya Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib. Qatarların hərəkət cədvəli barədə sərnişinlərə əlavə məlumat veriləcək.