"Çünki televiziyalarda daha çox şou-proqramları izləyirlər, xəbər saytlarında şou-xəbərləri oxuyurlar. Halbuki əvvəldən məlumat verilir, şəhərin filan istiqamətində hərəkət məhdudlaşdırılacaq – bunu açıb, oxumurlar. Bir neçə gün əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Dövlət Yol Polisi yolların bağlanacağı ilə bağlı məlumat yaymışdı.
Bakı-Sumqayıt yolundakı tıxaca MÜNASİBƏT:"Kefləri istəyəndə yolu qazıb, asfalt vururlar"
15:24 28.06.2018
Arxiv
824
"Belə isti hava şəraitində insanları tıxaca salmağa ehtiyac yox idi. Dövlət qurumlarının səhvi işlərini yarıtmaz şəkildə qurmaları oldu"
"Çünki televiziyalarda daha çox şou-proqramları izləyirlər, xəbər saytlarında şou-xəbərləri oxuyurlar. Halbuki əvvəldən məlumat verilir, şəhərin filan istiqamətində hərəkət məhdudlaşdırılacaq – bunu açıb, oxumurlar. Bir neçə gün əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Dövlət Yol Polisi yolların bağlanacağı ilə bağlı məlumat yaymışdı.
"Aidiyyəti qurumlar yolların bir neçə gün bağlanacağı ilə bağlı əvvəldən məlumat yayıb. Problem əhali həmin informasiyanı necə qavramasındadır”.
Bunu "Sherg.az”a aparılan təmir işləri ilə əlaqədar Bakı-Sumqayıt yolunda tıxacın yaranmasından danışarkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı söyləyib.
O bildirib ki, şəhər sakinləri bu cür əhəmiyyətli məlumatlardan gec xəbər tuturlar:
"Çünki televiziyalarda daha çox şou-proqramları izləyirlər, xəbər saytlarında şou-xəbərləri oxuyurlar. Halbuki əvvəldən məlumat verilir, şəhərin filan istiqamətində hərəkət məhdudlaşdırılacaq – bunu açıb, oxumurlar. Bir neçə gün əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Dövlət Yol Polisi yolların bağlanacağı ilə bağlı məlumat yaymışdı.Aidiyyəti qurumların etinasızlığı bu idi ki, insanların istifadə edəcəyi alternativ yollar qoyulmadı. Bu yolda hərəkət davam etməklə də asfalt çəkilməsi mümkün olardı. Belə isti hava şəraitində sakinləri əziyyətə salmağa ehtiyac yox idi. Dövlət qurumlarının burada səhvi, işini yarıtmaz şəkildə qurması oldu. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat almaq olardı ki, növbəti günlərdə hava şəraiti necə olacaq? İsti olacağı təqdirdə, əhalinin ikiqat zülmə salınması təbii ki, etirazlarla qarşılanacaqdı.
Yaxud Dövlət Yol polisi ilə məsləhətləşmək olardı. Bütün bunlara diqqət edilmədi. Kefləri istəyəndə, yolu qazıb, asfalt vururlar. Həmişə belə olub. Bakıda yol təmiri zamanı iki alternativ küçə varsa, birini "Azərsu” digərini isə AAYDA qazacaq. Çünki bu qurumlar bir-biri ilə məsləhətləşmir. Xüsusilə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dəfələrlə məsuliyyətsiz addım atıb”.
Qeyd edək ki, dünən səhər saatlarından etibarən Sumqayıt-Bakı yolunda böyük tıxac yaranıb. Səbəb isə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işləridir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, aparılan işlər təxminən 1 aya qədər davam edəcək.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət