Bakı və Tbilisi arasında Qardaşlaşma haqqında Memorandum imzalandı
14:14 13.07.2021
Arxiv
702
Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzenin rəhbərliyi ilə Tbilisi şəhərinin nümayəndə heyəti Bakıya gəlib.
"Report"un xəbərinə görə, Bakıya gəlişlərinin ilk günündə qonaqlar İçəri şəhərdə qədim şəhərin tarixi abidələri ilə tanış olub, “Fəvvarələr Meydanı”nı gəziblər.
Həmin gün Bakı Şəhər İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla Gürcüstan Respublikasının paytaxtı Tbilisi səhərinin meri Kaxa Kaladzenin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü keçirilib. Görüşdə qonaqları salamlayan Eldar Əzizov ölkələrimiz arasında çox qədim dostluq və qonşuluq münasibətlərinin olduğunu deyib. Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayan Eldar Əzizov bildirib ki, “Bu gün Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər bir çox sahələrdə inkişaf edir. Qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır. Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrə də öz təsirini göstərməkdədir”.
Azərbaycan və gürcü xalqlarının uzun əsrlərdən bəri sülh və dostluq şəraitində yaşadıqlarını söyləyən Tbilisi meri Kaxa Kaladze bildirib ki, ölkəsində Azərbaycan ilə münasibətlərə xüsusi önəm verilir. O, Bakıda göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək bu səfərin Bakı və Tbilisi şəhərləri arasında əlaqələrin möhkəmlənməsində xüsüsi rol oynayacağını qeyd edib.
Nümayəndə heyətinin rəhbəri Bakı şəhərinin gözəlliyinə valeh olduqlarını, burada aparılan geniş abadlıq və quruculuq işlərini yüksək qiymətləndirdiklərini bildiriblər.
Sonra Bakı və Tbilisi şəhərləri arasında Qardaşlaşma haqqında Memorandum imzalanıb və xatirə hədiyyələri təqdim olunub.
Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev və Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iştirak ediblər.
Səfər çərçivəsində Tbilisi şəhərinin nümayəndə heyəti Bakı şəhərinin görməli yerlərini, o cümlədən Dənizkənarı Milli Bulvarı gəzəcəklər
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya