Bakıda 16 mərtəbəli bina yanır - FOTO




Bakının Yasamal rayonunda hündürmərtəbəli binada yanğın baş verib.
ONA-nın xəbərinə görə, hadisə Şərifzadə küçəsindəki 16 mərtəbəli yaşayış binalarının birində qeydə alınıb.
Bildirilir ki, yanğın binanın elektrik şaxtasında meydana gəlib və binanın yuxarı mərtəbələrindən başlayaraq aşağıya doğru genişlənib. Təhlükəsizlik məqsədilə binada qaz və elektrik xətləri şəbəkədən ayırılıb, sakinlər təxliyyə olunub.

Ərazidə hazırda Fövqəladə Hallar Nazirliyinin azı dörd yanğınsöndürən maşınları və canlı qüvvəsi işləyir.