Bakıda 2 nəfər dənizdə batdı - AXTARIŞLAR BAŞLAYIB




Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə 2 nəfərin batması ilə bağlı məlumat daxil olub. 

Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.