Bakıda bu yollarda hərəkət qadağan ediləcək - SİYAHI
07:11 04.06.2018
Arxiv
347
İyunun 5-9 tarixlərində Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçiriləcək.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a bildirib ki, Səbail rayonu, Bibiheybət məscidindən Lökbatan dairəsinə qədər avtomobillərin hərəkəti tam məhdudlaşdırılmadan, dəyişiklik edilməklə, hərəkət yolun sağ zolağı istiqamətində nəzərdə tutulub. Yarış iştirakçılarının təhlükəsizliyinin mühafizəsi məqsədilə yol iki hissəyə bölünməklə sürət həddi 30-50 km müəyyən olunub. Ərazi üzrə müvafiq yol nişanları quraşdırılıb və istiqamətverici xətlərlə hərəkət tənzimlənir. Səbail rayonunun "Şıx sahəsi” ərazisində, "Dostluq parkı”nda yoxlanış-buraxılış-keçid hissələri tam nəzarətə götürülməklə polis əməkdaşları tərəfindən mühafizə olunur.
V. Əsədov bildirib ki, qeyd edilən ərazilər üzrə yarışların startı verilən andan etibarən paytaxtın Şimal tərəfindən giriş və çıxışı digər yolla tövsiyə olunur. Bibiheybət məscidindən şimal istiqamətində süni sıxlığın yaranmaması üçün 20-ci sahə dairəsindən dağüstü yolla – Badamdar qəsəbəsindən keçməklə Mikayıl Müşfiq küçəsi ilə III kənar dairəvi yolla, Şimaldan paytaxt mərkəzinə doğru hərkət edənlər Lökbatan dairəsindən III kənar dairəsi yolla Yasamal rayonu ərazindən qeyd edilən yolla hərəkət edə bilər: "Dünya çempionatının yüksək təhlükəsizlik səviyyəsində təşkili və keçirilməsi məqsədilə hazırlıq işlərinin gedişi, qonaqların qarşılanması və yerləşdirilməsi üzrə işlər planlı və qrafikə uyğun davam etdirilir”.
V. Əsədov sürücülərdən və avtomobil sahiblərindən bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələrini və ictimai nəqliyyata üstünlük vermələrini xahiş edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belarus prezidentinin kiçik oğlu orduya çağırılıb
16:58 11.09.2026
Dünya
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
16:51 11.09.2026
Ekologiya
Lukaşenko görüş üçün Trampa şərt qoydu
16:50 11.09.2026
Dünya
Riyaziyyat təmayüllü məktəb ənənəsi güclənir
16:49 11.09.2026
Elm və Təhsil
Karapetyan: Rusiya Ermənistandan getsə, yiyəsiz qalacağıq
16:44 11.09.2026
Region
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
16:15 11.09.2026
Dünya
Netanyahu husilərə qarşı müharibəyə hazır olduğunu bəyan etdi
16:07 11.09.2026
Aktual
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət