Bakıda “donuz qripi” fırıldaqçıları tapıldı – 2 manat istəyirlər
12:09 10.01.2019
Arxiv
597
Xətai, Suraxanı və Sabunçu rayonlarında yeni fırıldaqçılar peyda olub.
"Sherg.az” xəbər verir ki, sözügedən rayon sakinlərinin Medicina.az-a verdiyi məlumata görə, bir neçə gənc əllərinə bir aparat götürərək binaların qarşısını gəzir. Onlar bloklara girərək guya "donuz qripi”nə qarşı dezinfeksiya apardıqlarını deyirlər. Həmin şəxslər qapıları döyərək dezinfeksiya etməyi təklif edir, bunun qarşılığında isə 2 manat pul istəyirlər.
Sayt məsələni dəqiqləşdirmək üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, onlara belə bir tapşırıq verilməyib.
"Dezinfeksiya”nın aparıldığı rayonlardan biri – Suraxanı rayon Dezinfeksiya İdarəsindən də fakt təkzib olunub. İdarədən qeyd olunub ki, onlarda da belə "fırıldaq”la bağlı məlumat var: "Bizə belə bir göstəriş yoxdur. Biz də eşitmişik ki, bir neçə oğlan gəzir, bloklara nəsə fısqırdır və sakinlərdən onların da qapısını "dezinfeksiya” eləmək üçün pul alırlar. Verənlər də olur, verməyənlər də. Bizə göstəriş verilməyib. Hətta bizə göstəriş olsa da, binalarda dezinfeksiya etmirik. Biz bağça, məktəb, xəstəxana, iaşə obyektlərini – yəni kütləvi yerləri dezinfeksiya edirik. Kimdirsə, pul yığmaq məqsədilə edir. Çünki qapını və bloku "donuz qripi”nə qarşı dezinfeksiya etmək mənasızdır. Sakinlər gələn şəxslərdən şəxsiyyət vəsiqəsi, işlədiyi yerin vəsiqəsini istəsin”.
Sakinlərə belə halla rastlaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etmələri məsləhət görülür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm