Bakıda liftdəki qəza ilə bağlı həbslər başladı
12:30 16.10.2018
Arxiv
664
Bakıda binanın liftinin qırılması ilə bağlı "Nəsimi 3” MMC-nin idarə heyətinin sədri Əzizov Soltanəhməd Şota oğlu barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
Oxu.Az-ın əldə etdiyi xəbərə görə, Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə verilən təqdimat təmin edilib.
Ş.Əzizov barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə Asif Məhərrəmov küçəsi 44 ünvanında, "Göyəzən MTK-nın inşa etdiyi binada baş verib.
Hadisə nəticəsində lift 1979-cu il təvəllüdlü Yusifova Mahirə Yusif qızının üzərinə düşüb və nəticədə, qadın hadisə yerində dünyasını dəyişib.
İlkin araşdırma nəticəsində məlum olub ki, lift 2016-cı ildə mənzil mülkiyyətçilərinin müştərək idarə etdiyi "Nəsimi 3” adı ilə qeydiyyata alınmış şirkət tərəfindən quraşdırılan liftin trosları zədələnib.
Lakin "Nəsimi 3” MMC-nin idarə heyətinin sədri Əzizov Soltanəhməd Şota oğlu bu sahə üzrə heç bir peşə bacarığı olmadan, özbaşına, aidiyyəti qurumların mütəxəssislərini dəvət etmədən və texniki təhlükəsizlik qaydalarına riayət etmədən liftin kabinəsini saxlayan trosları dəyişmək üçün lifti 9-cu mərtəbəyə qaldırıb, liftin aşağı düşməsinin qarşısını almaq üçün 10-cu mərtəbədə liftin mühərrikinin şkiflərinin üzərindən üç ədəd trosu sıxac vasitəsilə şkifə sıxıb.
Daha sonra o, 1-ci mərtəbədəki liftin şaxtasına girib liftin troslarına bağlanmış yükləri açıb. MMC rəhbəri müəssisədə xadimə işləyən, Sabirabad rayonunun Dadaşbəyli kəndində anadan olmuş, Biləcəri qəsəbəsində kirayədə yaşayan, 1979-cu il təvəllüdlü Yusifova Mahirə Yusif qızına lift şaxtasının döşəməsini zibillərdən təmizləməyi tapşırıb.
Bundan sonra S.Əzizov liftin mühərrik hissəsinə gələrək şkifə bağladığı trosun boltunu açıb. Bu vaxt liftin kabinəsi 9-cu mərtəbədən yüksək sürətlə aşağı enərək şaxtada təmizlik aparan qadının üzərinə düşüb. Hadisə nəticəsində liftin altında qalan qadının baş və beyni əzilərək dağılıb, nəticədə o, hadisə yerində ölüb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
13:16 07.09.2026
Gündəm
Məsud Pezeşkian: Məni öldürsələr...
13:11 07.09.2026
Dünya
Sabah Bakıda yağış yağacaq
12:46 07.09.2026
Ekologiya
İran nümayəndə heyəti ABŞ-yə səfər etmək istəyir
12:42 07.09.2026
Dünya
Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
12:29 07.09.2026
Gündəm
İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb
12:23 07.09.2026
Dünya
Bloomberg: Avropada heyvan yemi qıtlığı yaranıb
11:50 07.09.2026
Dünya