Bakıda magistral yollarda sürət həddi dəyişdi




Martın 11-i axşam saatlarından başlayaraq müşahidə edilən yağışlı hava ilə əlaqədar olaraq Heydər Əliyev prospektinin Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bakı Nəqliyyat Agentliyindən "Sherg.az"a verilən məlumata görə, magistral yollardakı elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub.


Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə olunur ki, yollardakı sürət həddinə əməl etsinlər.