Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb
13:00 22.08.2017
Arxiv
456
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtın müxtəlif ərazilərində məktəbli yarmarkaları təşkil olunub.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov APA-ya bildirib ki, 10-dək məktəbli yarmarkası "Koroğlu”, "Neftçilər”, "Elmlər Akademiyası”, "İnşaatçılar”, Nəriman Nərimanov”, "28 May” stansiyalarının giriş-çıxışında yaradılıb.
Onun sözlərinə görə, yarmarkalar əhalinin daha çox sıx olduğu Yasamal, Suraxanı, Nizami, Nəsimi, Nərimanov, Səbail rayonlarda fəaliyyət göstərəcək. Bu yarmarkaların 1 ay müddətində - avqustun 25-dən sentyabrın 25-dək tam fəaliyyət göstərəcəyini deyən Ə.Bağırov qeyd edib ki, burada məqsəd yeni tədris ili ərəfəsində orta məktəb şagirdlərinin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat, çevik şəkildə təmin etməkdir:
"Yarmarkalar üçün çadırlar qurulub və burada məktəblilər üçün lazım olan bütün ləvazimatlar - kitab, dəftər, qələm, karandaş, çanta və digər məhsullar satılır. Bu ərazilər vahid mərkəzdən idarə olunacaq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qiymətlərə və xidmətə nəzarət ediləcək. İstəyirik ki, məktəbli ləvazimatlarının satışı pərakəndə şəkildə olmasın, kim harada istəyir məhsul satmasın, şəhər bazara çevrilməsin, küçələrdə xırda ticarətlər olmasın.
Yarmarkalarda qiymətlərin nisbətən ucuz olması nəzərdə tutulub. Ancaq nəzərə almaq lazımdır ki, bütün məhsulların qiymətini bazar tənzimləyir. Məsələn, qiyməti 2.50 qəpiyə olan hansısa məhsul yarmarkada 1.50 qəpiyə satıla bilməz. Qiymətlərdə çox az fərq hiss olunacaq”, - deyə Ə. Bağırov bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millətlər Liqası: Fransa Türkiyəni məğlub edib
02:57 26.09.2026
Futbol
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol