Bakıda məşhur məktəbin direktoru işdən çıxarıldı






Bakının məşhur məktəblərindən biri olan 20 nömrəli məktəb-liseyə yeni direktor təyin olunub.

Qafqazinfo xəbər verir ki, məktəbin direktoru Yaqut Məmmədova vəzifəsindən çıxarılıb.

Onu əməkdar müəllim Səadət Veysova əvəzləyib.

Qeyd edək ki, prezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva dərs ilinin ilk günündə 20 nömrəli məktəb-liseyin yeni binasının açılışında iştirak etmişdi.