Bakıda qaz borusu partladı - GÜCLÜ YANĞIN BAŞLAYIB - YENİLƏNİB
07:59 27.12.2016
Arxiv
376
Fövqəladə Hallar Nazirliyi bu gün Qaradağda baş vermiş partlayışla bağlı məlumat yayıb. Nazirliyin saytı xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradag rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur.
Advertising 34
SOCAR-ın yaydığı məlumatda isə bildirilir ki, Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində partlayış baş verib, xəsarət alan yoxdur. Hazırda həmin xətt lokallaşdırılır, sistemə daxil olan təbii qaz dayandırılır və təmir işlərinə başlamaq üçün hazırlıq görülür.
*****
10:28
Bu gün saat 10 radələrində Bakının Qaradağ rayonu ərazisində güclü yanğın başlayıb. Lent.az-ın məlumatına görə, Səngəçal qəsəbəsi yaxınlığından keçən boru xəttində başlayan alışma şiddətlənib və güclü yanğına keçib.
Dövlət Yanğından Mühafizə Xidmətindən Lent.az-a bildirilib ki, yanğın ərazidən keçən qaz borusunda baş verib. Əraziyə xeyli texnika və yanğınsöndürən cəlb edilib.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial şəbəkə vasitəsi ilə bildirib ki, hadisə Səngəçal qəsəbəsinin Yenikənd adlı ərazisində baş verib. Burada "Azəriqaz”ın Qaz İxracı İdarəsinin kompressor stansiyasında 125 atmosfer təzyiqi olan qaz xətti partlayıb. Alov evlərə də sirayət edib. Xəsarət alanlar barədə məlumat yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə