"Bakıda tozun miqdarı 52 faizə çatdı" - Əhalinin diqqətinə! - YENİLƏNİB
15:05 23.08.2017
Arxiv
409
Atmosfer havasında müşahidə olunan tozun miqdarı artıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hər üç saatdan bir havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə avqustun 23-də Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da bir qədər də artaraq sanitar normadan 52 faiz yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, atmosfer havasında tozun miqdarı saat 09:00-da 20 faiz, saat 12:00-da 32 faiz, saat 15:00-da isə 40 faiz sanitar normadan yuxarı olub.
***
15:57
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata əsasən, Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da bir qədər də artaraq sanitar normadan 40 faiz yuxarı olduğu qeydə alınıb.
***
14:49
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı operativ iş rejiminə keçib.
ETSN-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Departament hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 23 avqust 2017-ci il tarixində səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 20 faiz, saat 12:00-da isə bir qədər də artaraq sanitar normadan 32 faiz yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol