“Tahir İmanov və ya bir başqası çəkdiyi filmi qoltuğuna vurub, qapı-qapı gəzməlidir ki, mənim filmimi nümayiş etdirin?!”
Bakıdakı kinoteatrlar biri-biriylə düşmənçilik edir
07:33 27.02.2018
Arxiv
888
Kinorejissor Şeyx Əbdül Mahmudbəyov problemin köklərinin dərində olduğunu deyir
“Tahir İmanov və ya bir başqası çəkdiyi filmi qoltuğuna vurub, qapı-qapı gəzməlidir ki, mənim filmimi nümayiş etdirin?!”
“Tahir İmanov və ya bir başqası çəkdiyi filmi qoltuğuna vurub, qapı-qapı gəzməlidir ki, mənim filmimi nümayiş etdirin?!”
"Planet parni iz Baku” KVN teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanov bu günlərdə "Şərq” qəzetinə verdiyi müsahibədə kinoteatrlarımız arasında düşmənçilik olmasından gileylənib və hətta bunu "barışmaz düşmənçilik” adlandırıb: "Qarabağın alınacağına inanıram, amma onların barışmağına inanmıram”.
T.İmanov kino sənayemizin bu düşmənçilikdən zərər gördüyünü deyib: "Dünya kino bazarına baxın. Afişalarda yazılır: şəhərin bütün kinoteatrlarında baxın. Yalnız bizdə yazılır ki, ya "Park Sinema”da baxın, ya da "sinema Plus”da. Kinoteatrlar biri-birinə düşmən kəsilib. Bu, heç kimi narahat etmir”.
Kinoteatrlar arasında həqiqətənmi bu dərəcədə qatı düşmənçilik, barışmazlıq mövcuddur?
Vəziyyətlə bağlı "Şərq”ə danışan aktyor və kinorejissor Şeyx Əbdül Mahmudbəyov problemin köklərinin dərində olduğunu dedi:
- Kino dünyada ən güclü kütləvi təbliğat və informasiya vasitəsi hesab olunur. Çünki kinonun auditoriyası bütün Yer kürəsidir. Bu il Azərbaycan kinosunun 100 illiyi qeyd edilir. Bu tarix bizim fəxrimizdir.
Sovet vaxtı çəkilmiş Azərbaycan filmlərinə bu gün də böyük zövqlə, həvəslə baxırıq və mən əminəm ki, əhalinin böyük əksəriyyəti indi o cür filmlərin çəkilməməsinə görə heyifslənir. O unikal filmlərin yüksək səviyyədə ərsəyə gəlməsində bir o qədər də yüksək peşəkarlıq keçmiş kino xadimlərimizin zəhməti olub. İndi o cür kino xadimlərimiz yoxdur. Həmin o yüksək kino sənətimiz də qalmayıb artıq. Birinci növbədə o kino məktəbinin bərpa olunmasına çalışılmalıdır.
İkinci səbəb, yüksək keyfiyyətli kino çəkilişi üçün lazımi maddi-texniki bazanın olmamasıdır. Üçüncüsü, təbliğatın zəifliyidir.
Tutalım, kino çəkildi, təbliğatı olmayacaqsa, ona baxan olmayacaqsa, daha niyə çəkirik? Bakıda 2-3 kinoteatr qalıb. Rayonlarda kinoteatrlar yoxdu. Tutalım, bir lənkəranlı, nə bilim, şamaxılı, misal üçün deyirəm, kinoya baxmaq üçün durub rayondan Bakıya gəlməlidir?! Sovet vaxtı ən ucqar kəndlərdə də klublar vardı və orada kino nümayiş etdirirdilər. Klub olmayan yerdə kinolenti əhəngli divara yönəldib, orda nümayiş etdirirdilər. Lap tutalım, kinoteatrlar özəlləşdirilib, özünümaliyyə sisteminə keçib.
Bu kinoteatrları onların dədə-babası tikməyib, bunlar xalqın, dövlətin malıdır. Bir filmdən qazanma 10 manat, qazan 8 manat. Bu artıq milli qeyrət, mənəviyyat məsələsidir. Hər şeyi pulla ölçmək olmaz axı. Hər işi dövlətin üzərinə də yıxmaq olmaz. Dünyanın heç bir yerində dövlət kinoya pul ayırmır, əksinə, kinodan pul qazanır. Məsəl var, çörəyi ver, çörəkçiyə, birini də üstəlik. Hər işin öz ustası var. Kinonun da gərək ustası olsun. Yaxşı, Tahir İmanov və ya bir başqası çəkdiyi filmi qoltuğuna vurub, qapı-qapı gəzməlidir ki, mənim filmimi nümayiş etdirin?! Bu işi kinoteatrlar özü həll etməlidir. Özləri sifariş etməlidir ki, filan filmi nümayiş etdirmək istəyirik. Mədəni işlər bu cür görülür, maarifçilik bu cür artırılır, mədəniyyət, incəsənət təbliğ edilir.
Deyirlər, "Oskar” mükafatlı film göstərilsə də, ona baxan olmayacaq. Bunu deyənin dünyadan xəbəri yoxdur, yəqin. Nümayişdən öncə filmlərin reklamı təşkil olunur. Reklam çarxları hazırlanır, 6 ay əvvəldən nümayiş olunur. Əhalidə filmə maraq yaradırlar. Bir-iki filmlə bağlı reklam çarxları hazırlasınlar, nümayiş olunsun, sonra müşahidə aparaq görək, o filmə baxmağa gedən var, ya yox. "Səviyyə, intellekt aşağıdır” deyib adamları aşağılamaq, günahlandırmaq olmaz. Əvvəlcə ortaya sanballı əsər qoysunlar, onun təbliğatını aparsınlar, sonra adamların ona baxıb-baxmadığını görsünlər.
Ş.Ə.Mahmudbəyov mədəniyyət və incəsənət sahəsi ilə bağlı bədii şuraların bərpasının vacib olduğunu da dedi:
- Bu problemlərin çoxu nəzarət mexanizminin olmamasından irəli gəlir. Xüsusilə milli-mədəni məsələlərlə bağlı bədii şuraların bərpa olunmasına ehtiyac var. Qoy bu şuralar pisi, yaxşını ayırd etsin.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq