Bakıdakı məşhur bazarın keçmiş sahibi özünü niyə öldürdü? - TƏFƏRRÜAT
11:38 03.12.2017
Arxiv
559
Bakı şəhərinin Suraxanı rayonunda biznesmenin intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, bir vaxtlar iş adamı kimi tanınan və Hövsandakı "Şüşəli bazar”ın sahibi olan Qulu Quliyevin külli miqdarda kredit borcuna görə özünü öldürdüyü məlum olub. Belə ki, son illər uğursuzluq zolağından çıxa bilməyən və biznesi batan iş adamının 3 banka külli miqdarda borcunun olduğu müəyyənləşib. Onun fəaliyyətini dayandırmış banklardan birinə 90 min manat borcunun olduğu məlum olub. Həmçinin başqa iki bankdan götürdüyü kreditləri də vaxtında qaytara bilməməsi Q.Quliyevi çıxılmaz vəziyyətə salıb.
Hadisənin baş vermə şəraitinə gəlincə, dekabrın 2-nə keçən gecə Q.Quliyev yaşadığı Hövsan qəsəbəsindəki fərdi yaşayış evinin həyətində özünü asıb. Dünən səhər saatlarında ailə üzvləri onun cansız bədənini asılı vəziyyətdə aşkarlayıblar.
Araşdırmalar davam etdirilir.
*****
2 dekabr
Bakıda intihar hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Qulu Quliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Q. Quliyevin "Şüşəli bazar" kimi tanınan ticarət mərkəzinin keçmiş sahibi olduğu bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya